“Polise.az” xəbər saytı Azərbaycan polisini Respublika Günü münasibətilə təbrik edib

“Polise.az” xəbər saytı Azəarbaycan polisini Respublika Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Əziz və mübariz Azərbaycan Polisi!

102 il bundan öncə - 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsilə Müstəqil Azərbaycan Respublikasının dövlət, siyasi və iqtisadi quruluşunun əsasları təsis edildi.

18 oktyabr 1991-ci ildə qəbul edilən Konstitusiya Aktı ilə dövlət müstəqilliyimiz bərpa olundu.

Səlnamədə 28 may“Respublika Günü”kimi qeyd olunur.Başqa xalqlarla münasibətləri müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını soy kökünə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz hüququdur.Bu bəşəri dəyərlərin qorunmasında xidmətiniz danılmazdır.

Azərbaycan xalqının sınanmış, mübariz keşikçiləri, əziz Polislər!

Respublika Günü münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edir,Azərbaycan dövlətinin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılması və onun həyata keçirilməsi missiyasında sizə uğurlar arzulayıram. Unutmayın ki, biz,sizinlə daha güclüyük!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar