Aİ pandemiyadan sonra iqtisadiyyatın bərpası üçün zəruri olan xərcin məbləğini açıqladı

Avropa Komissiyası (AK) 2021-2027-ci illər üzrə təklif olunan 1,85 trilyon avroluq büdcədən əlavə, koronavirus pandemiyasından sonra yeddi il ərzində Avropa İttifaqının iqtisadiyyatının bərpası üçün daha 1,3 trilyon avro xərcləmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Brüsseldə keçirilən videobrifinqdə Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis məlumat verib.

“Avropa Komissiyası mayın 27-də 750 milyard avro həcmində “Yeni nəsil Aİ” bərpa fondunun yaradılmasını (Aİ ölkələri tərəfindən təsdiqlənib 2021-ci ildə istifadəyə veriləcək) təklif edib. Bu fond iyunun 1-dən işə düşəcək və 540 milyard avroluq pandemiya ilə mübarizə üzrə təcili proqrama əlavə vəsait qazandıracaq. Beləliklə, Aİ-nin növbəti yeddi illik büdcəsini təxminən əlavə 1,3 trilyon avro ilə təmin edəcəyik”, - o deyib.

V.Dombrovskis bu alətlərin yekunda istehsal və istehlakdakı böhran və ticarətin azalması nəticəsində yaranan Avropa iqtisadiyyatına qoyulan sərmayənin çatışmazlığı aradan qaldırmağa imkan verəcəyinə əminliyini bildirib.

Öz növbəsində, iqtisadiyyat üzrə Avropa komissarı Paolo Centiloni qeyd edib ki, fonddan 750 milyard avro vəsait Aİ ölkələrinin iqtisadiyyatlarını yaşıl və rəqəmsal iqtisadiyyata çevirməsinin maliyyələşdirilməsinə yönəldiləcək. Onun sözlərinə görə, Aİ ölkələri qrant şəklində paylanacaq 250 milyard avro üçün müraciətlərini 2022-ci, kredit şəklində ayrılacaq qalan 500 milyard avro üçün isə 2024-cü ilə qədər təqdim etməlidir.

Xatırladaq ki, Avropa Komissiyasının proqnozlarına görə, Aİ iqtisadiyyatında 2020-ci ildə rekord həddə - 7,7%-lik geriləmə olacaq, hətta ən pessimist ssenari və ikinci pandemiya dalğası reallaşarsa, bu, 16%-ə də çata bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar