Bakı əhalisinin sayı açıqlanıb

Bu ilin aprel ayının 1-i tarixinə Bakı şəhərinin əhalisinin sayı 2 294,8 min nəfər təşkil edib.

APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, paytaxt əhalisinin sayı son bir ildə 14,1 min nəfər və ya 0,6% artıb. Belə ki, ötən ilin aprelin 1-nə bu göstərici 2 280,7 minə bərabər olub.

Cari ilin aprelin 1-nə Bakı əhalisinin təbii artımı illik ifadədə 1 950-ə çatıb. Belə ki, ölkə paytaxtında doğulanların sayı 5 515 nəfər, ölənlərin sayı isə 3 565 nəfər olub.

635x100

Şərhlər

Cəlal 2020-05-28 23:38:00

Bu rəqəçlərə inansaq və nəzərə alsaq ki,rayon əhalisinin yarısı Bakıda cəmləşib ,io zaman AZərbaycanda nə qədər əhali qalıb? Bu olduqca maraq doğurur.Əgər Bakıda 2 .2 milyon varsa o zaman 10 milyon əhali haralardadır?j

Son yazılar