Hindistan koronavirusdan ölənlərin sayına görə Çini geridə qoyub
Baxiş sayı:
Dərc olunub:
29/05/2020 - 11:19
Hindistan yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayına görə Çini geridə qoyub.
APA-nın BBC-yə istinadla verdiyi xəbərə görə, Hindistanda yeni növ koronavirusdan ölənlərin sayı 4711 nəfərə çatıb. Ölkədə indiyədək 165 mindən çox adam bu infeksiyaya yoluxub.
Qeyd edək ki, Hindistanda karantinin dördüncü mərhələsi artıq sona yaxınlaşır. Hökumətin hansı addımlar atacağı hələ bilinmir. Bəzi ekspertlər Hindistanda koronavirusa yoluxmanın pik həddə çatmadığını, bunun yalnız iyun və ya iyul ayında baş verəcəyini bildirir. Rəsmi rəqəmlərə görə, Çində koronavirusdan 4638 nəfər vəfat edib.
Son yazılar
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.