Fransada daha 255 nəfər koronavirusa yoluxdu

Fransada koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı 28,7 minə çatıb, 14,6 min nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir. “Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

28 714 xəstə dünyasını dəyişib. Onların 18 387-si xəstəxanalarda, 10 237-si isə sosial-tibbi müəssisələrdə vəfat edib. Epidemiya başlayandan bəri 101 390 nəfər tibb müəssisələrinə yerləşdirilib. Hazırda 1 361 xəstə reanimasiya şöbəsində müalicə alır. Müalicə alaraq sağalan xəstələrin sayı isə 67,8 min nəfər təşkil edib”- deyə, məlumatda qeyd olunub.

Bildirilib ki, son 24 saat ərzində yeni 255 koronavirusa yoluxma qeydə alınıb. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar