ABŞ Özbəkistan və Əfqanıstanı əməkdaşlıq etməyə çağırıb

Əfqanıstan, Birləşmiş Ştatlar və Özbəkistaının yüksək vəzifəli rəsmi şəxsləri mayın 27-də virtual görüş keçiriblər. Görüş Əfqanıstanda vəziyyətə həsr olunub. Tədbirdə təhlükəsizlik və sosial-iqtisadi inkişaf məsələlərinin kordinasiya edilməsi barədə öhdəlik götürülüb.

Danışıqlar Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin, Əfqanıstanın xarici işlər nazirinin vəzifəsini icra edən Mühəmməd Hənifə Atmarın və Özbəkistanın xarici işlər naziri Abdullla Kamilovun sədrliyiilə keçib.

Sonda birgə bəynat qəbul edilib. Bəyanatda üçtərəfli əməkdaşlığın genişləndirilməsindən söhbət açılır. Sənədin birinci hissəsidə tərəflər bölgə ölkələrini və beynəlxalq ictimaiyyət Əfqanıstanda sülh prosesinə və siyasi tənzimləməyə dəstək verməyə, bu zaman son 18 ilin nailiyyətlərini saxlamağa çağırırlar.

Bəyanatda həm də prezident Əşrəf Qani və onun seçkilərdəki rəqibi, sabiq Baş nazir Abdulla Abdulla arasında bağlanmış siyasi saziş alqışlanır: «Mayın 17-də Əfqanıstanda inklüziv hökumətin formalaşdırılması və Ali şuranın yaradılması barədə bağlanmış siyasi sazişi alqışlayırıq. Bunlar sülh prosesinin irəli aparılmasına kömək etməlidir».

Tərəflər Özbəkistan və Əfqanıstan arasında sərhəd təhlükəsizliyi sahəsində, bölgədə terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, insan alveri və vəhşi heyvanların ticarəti sahələrində problemlərin həlli məsələlərində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar