Gürcüstanda koronavirusa yoluxanların sayı 757 nəfərə çatıb
Baxiş sayı:
Dərc olunub:
30/05/2020 - 10:45
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 11 yoluxma halı qeydə alınıb.
APA-nınyerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə virusa yoluxanların sayı 757 nəfərə çatıb.
Qeyd olunub ki, koronavirus səbəbi ilə 2966 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 600 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.