Türkiyədə COVID-19-dan ölənlərin sayı 4 500-ü ötdü

Bu gün Türkiyədə koronavirusdan daha 26 nəfər vəfat edib.“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 515nəfərə çatıb.

Nazirin sözlərinə görə, son sutka ərzində 1 021 nəfər koronavirusdan sağalıb. Beləliklə, ölkədə COVID-19-dan sağalanların sayı 126 984nəfərə çatıb.

Son bir gündə təhlükəli virusa daha 983 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı163 103 nəfərə yüksəlib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar