Əfqanıstanda 700-dən çox "Taliban" üzvü azad edilib
Baxiş sayı:
Dərc olunub:
30/05/2020 - 23:54
Əfqanıstan hakimiyyəti iki gün ərzində “Taliban” radikal hərəkatının 700-dən çox üzvünü sərbəst buraxıb və bazar günü təxminən daha 300 nəfər azad ediləcək.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
“Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal Əfqanıstan hökumətinin son iki gündə 710 “Taliban”lını müxtəlif həbsxanalardan azad etdiyini, prezidentin əmri əsasında onların sayının iki minə çatdırılması üçün sabah başqa 290 nəfərin də azad ediləcəyini bildirib”, - deyə telekanalın məlumatında bildirilir.
Son yazılar
13:33
Ermənilər Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.