Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı - FOTO

Cəlilabad rayonunda modul tipli məktəbin tikintisi zamanı tarixi mədəniyyət nümunələri aşkarlanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Badamağacı kəndində qazıntı işləri həyata keçirilərkən 1,5 metr dərinlikdən 3 saxsı qab aşkar olunub.

Bundan sonra müvafiq dövlət qurumunun əməkdaşları əraziyə yollanıb. Nəticədə salamat qalmış 1 saxsı qab və 2 saxsı qabın hissələri Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilməsi üçün götürülüb.

Eyni zamanda faktla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəsmi məktub ünvanlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar