VAHİD ƏHMƏDOV HƏDƏFƏ GÖTÜRÜLÜB – Səfər Əbiyevlə əlaqələndirildi...

Milli Məclisin bugünkü iclasında Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıkovu tənqid edən deputat Vahid Əhmədova həmkarları tərəfindən sərt reaksiyalar davam edir.

“AzPolitika” xəbər verir ki, günorta fasiləsindən sonra davam edən iclasda deputatların çıxışları əsasən Vahid Əhmədova həsr olunub. 

Belə ki, Siyavuş Novruzov və Bəxtiyar Əliyevin ardınca deputat Fəzail Ağamalı, Birinci vitse-spiker Əli Hüseynli və vitse-spiker Fəzail İbrahimlidə V.Əhmədovu sərt tənqid ediblər.

F.Ağamalı həmkarını keçmiş Müdafiə naziri Səfər Əbiyevə bağlayaraq, dolayısilə onu sifarişlə danışmaqda ittiham edib: “Bundan əvvəlki Müdafiə nazirinin dövründə əsgərlərin çəkmələrini valideynlər alırdı. O pullar da ayrı-ayrı ciblərə gedirdi”.

O bildirib ki, valideynlər görüş keçirmək üçün pullar ödəyirdi: “Bu gün Müdafiə Nazirliyi öz işini yüksək səviyyədə qurur. Aprel döyüşlərini aparan Müdafiə Nazirliyinə bunu demək düzgün deyil”.

“Çox təəssüf olsun ki, sizin buradakı çıxışınızda həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz”. APA-nın məlumatına görə, bunu isə Milli Məclisin Sədrinin birinci müavini Əli Hüseynli Vahid Əhmədovun çıxışına cavab verərkən deyib.

O bildirib ki, bu zalda oturan deputatlar əli silahlı döyüşən Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı kimi hiss edir: “Hər kəs burada Qarabağ deputatıdır. Siz burada nahaq yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etdiniz. Bu baxımdan birmənalı bildirirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.

Spiker Sahibə Qafarova da çıxış edərək bildirib ki, Əli Hüseynlinin fikri ilə onun və müavinlərinin fikri eynidir.

Qeyd edək ki, V. Əhmədov parlamentin bugünkü iclasında Müdafiə naziri Zakir Həsənovun ünvanına tənqidi fikirlər səsləndirib. Z.Həsənov və Nəcməddin Sadıkovun Azərbaycan dilini bilmədiklərini deyən deputat əlavə edib:  “Biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. Sən müdafiə nazirisən. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq”.

“Şimaldan, cənubdan, şərqdən və qərbdən uzanan iti caynaqlar və baxışlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır”.

“Report” xəbər verir ki, bunu da Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər düşmənləri var:

“Belə bir məqamda bizim özümüzdən başqa, bir-birimizə söykənib, əl-ələ verib bu çətin məqamlarda ən çətin vəziyyətdən çıxmaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Ona görə də hər bir sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək lazımdır”.

635x100

Şərhlər

Aydın 2020-06-02 12:54:49

vahid əhmədov Şuşa işğal olunanda Baş nazirin müavini idi. Şuşanın işğalından bir həftə sonra, yəni 16 may 1992-ci ildə isə nükafatlandırılaraq Baş nazirin birinci müavini təyin edilir. Sual olunur: Hansı xidmətlərinə görə? Şuşanın işğalından görəmi? O vaxt Şuşanı nə qorudu, nə də azad etdi Baş nazirin birinci müavini və bu sahəyə cavabdeh şəxs. Ardınca da digər rayonlarımızın işğal edildi, Vahid isə Baş nazirin birinci müavini idi. Indi isə Şuşadan danışır, Azərbaycan Prezidentinə irad tutur ki, İrəvanın1918-ci ildə Ermənistana verilməsindən danışma. Bəyəm İrəvan Azərbaycanın lmayıb? O vaxt bunu etmək olmazdı, amma olub. Belə səhvləri bir daha təkrar etmək olmaz. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik deyir Prezident. Tarixi səhvlərdən nəticə çıxarmaq və dünyaya indiki Ermənistanın Azərbaycan torpaqları olduğunu deyir. Vahid Əhmədov bunu səhv hesab edirsə, onda suallar yaranır ona...

Eli 2020-06-01 22:40:54

Bunlar kimi və nəyi tenqid edirletAdam başa düşmür Vahif müəllim neyise sehv deyirMence butun vezifede işleyenler jeç olmada bir defe televizorda çıxış etsin be xalq görsun kom ana dilini bilir ya bilmir

ejder 2020-06-01 20:08:32

AYE,O NATEMIZ M. M. de SENIN YERIN DEYIL...

Fuad 2020-06-01 17:26:05

Çox qəribədir bir dənə fərqli tənqidi söz deyənə sürü təfəkkürü ilə hücum edirik. Ermənilər 2 yüksəklik itirdiklərinə görə aylardır ən yuxarı səviyyədə parlamentdə dinləmələr aparırlar, səhvlərin analiz edirlər. Bu təfəkkürü başa düşə bilmirəm. Parlamentdə hamı əl çalan olmalıdı ya düymə sıxan?

Haqqı deyən 2020-06-01 12:34:57

Vahid müəllim həqiqəti dediyinə görə deputatxanada yatanların xoşuna gəlmir. Bir düz deyənimiz , deputatxanada bir xalqa yanan var onu da vurmaq istəyirlər.

İxtiyar 2020-06-01 12:23:48

Vahid muellim şərəfli deputatdır. ....Onu dəstəkləyirik.

Saday 2020-06-01 12:17:42

Ay fəzail müəllim, Əbiyevin vaxtında əsgər çəkmələri valideynlər tərəfindən alınırdısa bunu Əbiyev nazir olanda niyə demirdiniz, və Əbiyevin qazandığı pulları kimlərlə bölüşdürdüyü barədə bəlkə məlumatınız yox idi?

qarabağ 2020-06-01 11:34:30

bu ölkədə rüşvətxorlq yox birinci növbədə yaltaqlardan təmizləmək lazımdır.

Ağayev Ağahüseyn 2020-06-01 06:50:00

Anti terror əməliyatı iylə QARABAQI həmişə vəhimədə saxlamalıyıq.ermənilər vahimə icində olsunlar.paşiyan vurulmalıydı.Müharibə QACILMAZDIR.Etməsək QARABAQ ĞETDİ.

RUFET 2020-06-01 03:13:58

VAHID MUELLIM DUZ DEYIR

cavad 2020-06-01 03:13:30

Zaqataladan Vahid Əhmədovu destekleyirik

Demosfen 2020-06-01 00:39:34

maraqlıdır, görəsən, danışıqların hələ 2016-cı ilin payızında dalana dirəndiyi və 2018-ci ilin martında ermənilərin Laçın və Kəlbəcərlə yanaşı həm də Ağdamı tələb etmələrindən məmurların xəbəri varmı? Məmmədyarov bu haqda məlumat veribmi?

nihad 2020-05-31 23:52:40

bu fəzail daim zakazla danışır,a kişi papagını qabagına qoy fikirləş sən kimə xidmət edirsən,seçkidə xalqın səni qovdugu bilmirsən nəyə görə idi

Seyid Ənhu 2020-05-31 23:13:44

Vahid müəllimin ürəyi xalqın yanındadır. Dedikləri də tamamilə doğrudur.Biz onu sevir və sevəcməkdə də davam edəcəyik. Hörmətli deputat bu çıxışı ilə ölkəmizdəki ruspərəstləri də ifşa etmiş oldu. Fəzail Ağamalı, Siyaviş Məmmədov, nə bilim o adlarını bilmədiklərim, eləcə də Fazil İbrahimli bilməlidirlər ki, Vahid müəllimlə onların arasında kı fərq Cənnətlə cəhənnəmmarasındakı fəqr qədərdir və biz xalq olaraq bunu bilir və hələ

İ.Mustafaoğlu 2020-05-31 23:01:37

Vahid müəllim əsil xalqın elçisidir. O həmişə dövlətimizin və xalqımızın maraqlarını hər şeydən üstün tutub. Bu gün də dövlətimizin mənafeyi namnə düzgün danışdığına görə bəzi deputatlar tərəfindən tənqid atəşinə tutulub.. Belə ki, Siyavuşlar, Bəxtiyarlar, Fəzaillər və Ə.Hüseynli tərəfindən... Xalq Vahid Əhmədovun mövqeyini dəstəkləyir ay sizyavuşlar, bəxtiyarlar fəzaillər və əli hüseynlər........

Zaur impl 2020-05-31 22:01:22

Ne qeder ki, ....biz heç vaxt torpaq Qatar bilmerik.vere vere gedeceyik.

Sərvər 2020-05-31 22:00:07

Vahid Müəllimdə obirilərindən heçnəylə fərqlənmir

Eli 2020-05-31 21:57:29

Vahid m leyaqetli adamdir

111 2020-05-31 21:31:57

Zakir Həsənov həsəd aparılası müdafiə naziridir.

pensioner 2020-05-31 21:25:59

Vahid ƏHMƏDOV deputatlardan ən hörmətlisi və xalq içərisində ən çox sevilənidir.Onu tənqid edənlər isə V.Əhmədovla müqayisədə əks qütbdə dayanərlar.Eyni zamanda tənqid edənlərin MM-ə necə düşmələrindən hamının xəbəri var.

Murad 2020-05-31 21:16:15

Yaxşı ki Vahid müellim var. Allah onu bize çox görmesin, onu susduranlara ar olsun ... teessüf

nəzakət 2020-05-31 21:06:13

Vahid Əhmədov həmişə düz danışır Fəzail Ağamalıdan fərqli olar

t.ədalət 2020-05-31 20:48:18

Vahid Əhmədov Azərbaycanın müd.nazirini və baş qəraregah rəisini Rusiyanın dilində yox, öz ana dilimizdə danışmağa çağırıb.Azərbaycan,sanki Rusiyanın müstəmləkəsinə çevrilib.Hətta rus dilini bilməyən ghəncləri işə götürmürlər.Daha bu qədər Rusiyaya girənlik etmək yetər!Rusistlər bilməlidirlər ki,heç vaxt Azərbaycanı Ruysiyanın ayağına bağlaya bilməyəcəklər!

SAVALAN 2020-05-31 20:46:31

Ay millət "vəkilləri" .... Nə qədər.... oturacaqsınız, gözləyirsiniz...?Bu dəfə hədəfdə Gəncədir! ..? bu dəfə hədəfdə Gəncədir

qaçqın 2020-05-31 20:45:01

hə, hə Zəngilana gedib su içib qayıdan deputatımız,HANI, HARADA O TORPAQLAR?

surxay 2020-05-31 19:01:03

Vahid Əhmədov həqiqəti,reallığı,xalqın ürəyindən keçənləri dilə gətirib.Ona etiraz edənlər isə status-kvonun əbədilik qalmasını istəyənlər,yəni deyilənləri deyən deputatlardır

Eldəniz 2020-05-31 18:19:54

Vahid Əhmədov çox savadlı insandır bacarıqlı iqtisadçıdır...Həmişə xalqın xeyrinə layihələrlə çıxış edib...o həm də müharibə dövründə baş nazirin müavini işləyib hərbi məsələlərə nəzarət edib.. kifayət qədər hərbi isleri analiz edə bilən şəxslərdəndir.hencinin Helsinki yekun aktına imza atan sexsdir...sözsüz ki, dövlətin tapşırığına əsasən ,,hətta Ümumilli lider Heydər Əliyevin tapşırığına əsasən o Zəngilan , Füzuli rayonlarına xüsusi tapşırıqla ezam olunub dövlət başçısına vəziyyət barədə məruzə edib...Indi bir cümlə deyən kimi Vahid Əhmədovu susdurmaq lazım deyildi ən azından müzakirə aparılmalıdır...Axı Milli Məclis xalqın təmsilçisi qismində fikirləri ifadə etmir...Bu heç də başqa millət vəkillərinin vətəni düşünməməkde ittiham etmək anlamına gəlməməlidir..Deməyim odur ki, onlar müzakirələr apara bilərlər ....

Rafiq 2020-05-31 18:10:33

Vahid müəllimi tənqid ednlərn şəxsiyyətlərinə diqqət etsəniz.onların səviyyəsinin hamıya bəlli olduğunu diqqətə alsanızk ölkənin necə v kimlər trəfindən idarə olunduğunu anlamaq asan olar.Elə belələrinin üzündən Azrbaycanı dünyada saya salan.sözünü eşidən tapılmır..

OKtay 2020-05-31 18:05:47

Fəzail Ağamalı yalan danışır.Mən dəfələrlə oğlum əsgrdəanda Gəncədəki həri hissədə görüşə getmişəm ve heç zaman nə ayqqabı üşün .nə görüşü üçün pul tələb olunduğunu görməmişəm.Yalan ayaq tutar,amma yerməz!,nao

Konul 2020-05-31 17:48:17

Shushada bash verenler adamin heysiyyetine toxunur,bizi alcaldir.

Konul 2020-05-31 17:46:03

Vahid muellim cox savadli,kubar insandir.Onu tenqid edenlerden ferqli olaraq,hemishe haqqi soyleyib.Indi de duz deyir.MN ciddi qurumdur,qeyti-ciddilere orada yer olmamalidir.Sefer Ebiyev de esl qeneral idi

Aqil 2020-05-31 17:06:11

Vahid Kimi deputata halal olsun

Əli 2020-05-31 16:54:47

Vahid müəllim düz deyir. Nə isə eləmək lazım idi Şuşada. İndi isə ermənilər bizi lağa qoyur, bunları isə şəxsiyyətə sığışdırmaq olmur.

nihad 2020-05-31 16:38:45

Əhmədov xalqın sözünü deyir,siz kimin sözünü deyirsiniz?

Anar 2020-05-31 15:53:55

Azərbaycanın müafiə naziri Moskvada oturan...

Qasım 2020-05-31 15:38:00

Orada düz söz danışmaq cinayıtdir deyəsən.

Son yazılar