“Cərimələr sənin nəslinin sağlamlığından ötrüdür” - Siyavuş Novruzov

“Koronavirus dövründə Milli Məclisin deputatları mətbuat orqanlarında , televiziyada gecə-gündüz maarifləndirici təbliğatla məşğul olub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Belə bir fikir yaranıb ki, biz zorla kimdənsə pul almaq istəyirik. Bu cərimələr ondan ötəridir ki, maska taxılsın. Maskanı tax cərimə almasınlar. Bundan Amerika kəşf edirlər ki, ya elə, ya belə olmalıdır. Maska taxan kimdənsə pul istəyirlər? Biri də deyir ki, imkanı yoxdur. İmkanı yoxdursa, 50 manat cərimə verməkdənsə, 30 qəpik versin maskanı alsın da. Bu cərimələr sənin özünün, övladının, nəslinin sağlamlığından ötrüdür. Səni cərimə etmirlər ki, töycü ödə və ya biyara get işlə”.

635x100

Şərhlər

Cabbar 2020-06-02 00:01:22

Toxun acdan xəbəri olmur,ay Siyaquş!

Ziya 2020-05-31 22:53:11

Prikoldur başdan ayağa.....

Özgüra 2020-05-31 22:26:00

Ona maska yox .... lazimdir

Toğrul 2020-05-31 20:54:25

Fikrimcə bu ranqda bu vəzifədə olan insan bu səviyədə danışması yolverilməzdi

Çingiz 2020-05-31 17:42:46

Allah ağıl versin.YAP-ın bundan artıq kadrı olmaz.Ona görə ölkə bu gündədir.Qabaqda gedənin ağlı bu qədərdir.

Cehrili 2020-05-31 17:41:06

Lazim oldu-olmadi her soze qarishmaqdansa,maskanin qiymetine tesir goster.Emelinle hec olmasa bir defe vetendash olduqunu subut et,yoxsa,Allah bilir kimin ruporusan.Ayibdir,kasib corek ala bilmir,maskani 30qepiye satirsiz.

Flora 2020-05-31 17:30:44

Cərimələr yuxarıda oturan harın məmurlar üçündür,ay Siyaquş müəllim!! Çünki cərimələr büdcədən kənar hesablaragedir və oradan sizlərə çatır.Bunu bilmirdiniz?İnsan nə qədər boş-boş danışar.Bir də ki, YAP-ın sizdən artıq kadrı olmaz ki!...

Habil 2020-05-31 17:25:19

Siyavuş görsn bilirmi ki,bu cərimələrin pulu hansı hesaba və hara edir? Siyavuş müəllim bilirmi ki, cərimələrin miqdarı insanların qazandıqları ilə uyğun deyil?Siyavuş bəy bilmirmi i, Cərimədən yığılan pullar kimlərə əlavə pul kimi paylanıtr?Bəzən adamın Siyavuşa,onun doktor olmasına adamın yazığı gəlir.Doktoru belə olan ölkənin sadə vətəndaşı necə olmalıdır? Heyif!.b

Kazım 2020-05-31 17:15:54

Siyavuş sənin insanların nəsli ilə nə işin,YAP-çı Talançılardan danış

Mehdiyə 2020-05-31 17:13:06

Düz deyirsən,onun o qədər pulu var ki, yetənə yetir yetməyənə bir təpik atır və nə danışdığını da bilmir.

Mehdi 2020-05-31 17:08:22

Cerimeler bizim nesil ucun deyil ey,senin neslin ucundur.Danisdiqi sozlere baxin.Utanmir.

Özgür 2020-05-31 17:06:17

bəs Siyavuş müəllim özü niyə maska taxmır?

BAKILI 2020-05-31 17:04:42

Hem de bizim hesabimiza senin neslinin

Ağayev Ağahüseyn 2020-05-31 16:56:10

tSiyavuş müə.təqaüdcülər və işsizlər cörəyin kq-2-azn alırlar.Maskaya pul.yoxdur.Pullar məmurlarda,deputat-kommersantlarda,nazir və müavinlərində.Bəyəm siz bunu ğörmədiniz.Bu ovrəşlərdən alın verin bizdə sizin 10-faiziniz qədər dolanaq.

Cəid 2020-05-31 16:28:13

Siyavuş özünlə hamını müqayisə eləmə. Bir ailədə 4 nəfər varsa 30 qəpikdən 1,2 manat olur. İndi 1 maanata, 30 qəpiyə də ehtiyac yaranır. Sənin nə vecinədir. Yaxşıca pullanmısan. Dünya vecinə deyil

Son yazılar