Damarları dağıdan nələrdir? - Alimlər danışırlar

Zərərli vərdişlərdən imtina olunarsa, damarları sağlam saxlamaq mümkündür - tibb işçiləri belə hesab edirlər. Tərkibində yüksək səviyyədə xolesterin olan ərzaqlar damarlara dağıdıcı təsir göstərir. Bunlara mayonez, marqarin, fast-fud, hisə verilmiş və qızardılmış ərzaqlar aiddir.

Şirniyyatdan sui-istfadə də təhlükəlidir, belə ki, qanda şəkərin yüksək səviyyəsi damarların daxili divarlarını zədələyir. Bu da onların qoruyucu qatının itirilməsinə gətirib çıxardır.

Damarlaın daralması səbəbindən bədənin müəyyən hissələri qanla təmin oluna bilmir. Nikotin də buna səbəb olur. Tütün çəkmək uzaq perspektivdə damarların daxili örtüyünün hüceyrələrinin ölməsinə gətirib çıxardır ki, bu da deşiklər və çapıqlar əmələ gətirir.

Həkimlər həm də təzyiqin səviyyəsinə nəzarət etməyi tövsiyə edirlər. Çünki yüksək təzyiq altında qanı nəql edən damarlar partlaya bilər, xüsusilə zədəli olan zaman.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar