MAHMUDOVUN UŞAQLARI LONDONDA 35 MİLYONLUQ ƏMLAK ALDI - Vəkilləri ailənin sərvətinin kimdən miras qaldığını bildirib?

Keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. "Qafqazinfo” "Guardian” qəzetinin bu gün apardığı araşdırmaya istinadla xəbər verir ki, bunlardan biri də Londonun məşhur "Harrods” mağazasının yaxınında yerləşən 17 milyon funt sterlinq dəyərində (təxminən 35 milyon 700 min manat ) 4 mərtəbəli malikanədir.

"Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətindən 2019-cu ilin noyabr ayında ələ keçirilən və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinin keş fayllarına əsasən, Mahmudovun ailəsinin təxminən 100 milyon avroya yaxın bir biznes və əmlak imperatorluğu qurduğu məlum olub. Onun aktivlərinin demək olar ki, hamısı 36 yaşlı oğlu Anar və 31 yaşlı qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər hesabına əldə edilib.

Anar və Nərgiz Mahmudovun vəkilləri ailənin sərvətinin 19-cu əsrdə milyoner olmuş Aslan Aşurovdan miras qaldığını bildirib.

Həmçinin övladların əmlaklarının hamısının lazımi qaydada qeydiyyata alınaraq hesablandıqlarını və Anar Mahmudovun öz işində uğurlu bir biznesmen olduğunu bildiriblər.

Qeyd olunub ki, sızdırılmış sənədlərdə Anarın sərvətinin xalası, Bakıda neft və tikinti şirkəti qurmuş Elmira Mahmudovadan əldə olunduğunu izah edən bir məktub da aşkarlanıb.

Eyni zamanda araşdırmada müəyyən edilib ki, Mahmudovlar Malyorka, Lüksemburq və Litvada da mülk və şirkətlərə sahibdirlər.

635x100

Şərhlər

Aborigendən X-ə cavab 2020-06-01 18:09:47

Halal nəyimiz var ki, ona qarşı da həvəsimiz olsun?

Irsax 2020-06-01 13:51:19

Hamsi belədir...

TARIX 2020-06-01 10:23:30

PİRİ BABANIN NAĞILLARI.HEC OLMASA İNSANLARI ƏLƏ SALMAYIN.

Tanish 2020-06-01 05:40:17

Gorun dovletin gozu, gulagi olan teshkilatin bashinda kim olub, zaten məmurlarin bir hissəsi satgin milli mensheyi bilinmeyen tor-tokuntulerdir. Covdarovu kecmish turemshik, taxta alvercisi, Elcin Guliyev ...

Seyid Ənhu 2020-05-31 23:29:44

Sizin o villanızın yanından keçəndə hamı tüpüpürür. Villanız bütün Londana üfunət saçır. Qapınıza heç vaxt halal tikə girməsin! ALLAH sizi həmişə bax beləcə haramın içində boğsun! Qoy olsun, siz elə yaşayın, biz də belə. SON SÖZ ƏL-CƏBBARINDIR!

Aborigen 2020-05-31 22:15:20

"Anar və Nərgiz Mahmudovun vəkilləri ailənin sərvətinin 19-cu əsrdə milyoner olmuş Aslan Aşurovdan miras qaldığını bildirib." Ey böyük Yaradan keç mənim günühımdan. Günah edərək düşünmüşəm ki, eldarmahmudov bu pulları haram yolla qazanırmış.

X 2020-05-31 21:58:42

Insanda haram dunya varina heves niye hedsizdi?

Əmir 2020-05-31 20:49:15

Haramınız olsun

Ədalət 2020-05-31 20:04:22

....onlara həmişə yaşıl işıqdır.

Son yazılar