Minnesota ştatında komendant saatının vaxtı uzadıldı

Afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar etirazların dayandırılmadığı ABŞ-ın Minnesota ştatında tətbiq edilən komendant saatının vaxtı uzadılıb.

“Report”un məlumatına görə, bu barədə ştatın qubernatoru Tim Uolç “Twitter”də yazıb.

Komendant saatı bazar günü axşam saat 20:00-dan (Bakı vaxtı ilə - 05:00) bazarertəsi səhər 6-dək ( Bakı vaxtı ilə - 15:00) qüvvədə olacaq.

Bu saatlarda şəhər əhalisinə küçələrdə olmaq qadağandır. Qadağanı pozduğuna görə 1000 ABŞ dolları və ya daha çox miqdarda cərimə tətbiq edilir, həmçinin 90 gün müddətinə həbs cəzası verilir.

Qeyd edək ki, ABŞ-ın azı 25 böyük şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları səbəbilə komendant saatı tətbiq edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar