ELDAR MAHMUDOVUN LONDON MÜLKLƏRİ – Baş Prokurorluq bu gün şərh verəcək

Keçmiş MTN naziri Eldar Mahmudovun övladlarının Londonda dəyəri 100 milyon funt sterlinqdən çox olan dəbdəbəli mülklərə sahiblik etməsilə bağlı məlumatlara Bakıdan reaksiya verilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “BBC News Azərbaycanca”-ya deyib ki, bu məsələ ilə bağlı araşdırma aparılmalıdır.

"Görünür, nəzarətsizlikdən istifadə edərək belə hallar ortaya çıxıb. Məhz bunlara görə də o, zamanında vəzifədən götürüldü, indi də əməlləri araşdırılır. Səlahiyyətli orqanlar bu məsələni araşdırmalıdır və yəqin ki, bu məsələ ilə məşğul olurlar", deputat bildirib.

Eldar Mahmudovdan araşdırmadakı iddialara şərh almaq mümkün olmayıb.

Prezidentin sözçüsü Azər Qasımov “BBC News Azərbaycanca”-ya bildirib ki, onlar Prezidentin fəaliyyəti ilə bağlı məsələlərlə məşğul olduğundan, bu, ona aid məsələ deyil.

Baş Prokurorluq bu araşdırma ilə bağlı iyunun 1-də şərh verəcəyini bildirib.


635x100

Şərhlər

Emin 2020-06-01 16:58:38

Guya hökümət səhrada dəvəni görmür? Mənə elə gəlir ki, bu oluqarxlardan pullar yığılsa, biə 25 il bəs edər.

omar 2020-06-01 00:44:53

Aydın Mirzəzadə Elmar Məmmədyarovun oğlunun Nyu-York mülklərinə niyə aydınlıq istəmədi?

Son yazılar