Bundesliqada “Borussiya”lar qalib gəlib

Almaniya Bundesliqasında XXIX tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun üçüncü günündə iki qarşılaşma baş tutub.

Mükafatlar uğrunda mübarizə aparan “Borussiya”lar aşağı pillələrdəki rəqiblərlə görüşüb. Mönhenqladbax təmsilçisi evdə “Union”u darmadağın edib – 4:1.

Dortmundlular isə səfərdə autsayder “Paderborn”un müqavimətini qırmaqda uzun müddət çətinlik çəkib. 53 dəqiqə rəqib həmlələrinin qarşısını alan meydan sahibləri yalnız bundan sonra “Borussiya” qarşısında aciz qalıb – 1:6.

Qeyd edək ki, tura iyunun 1-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XXIX tur
31 may
“Borussiya” M – “Union” – 4:1
Noyhaus, 17, Türam, 41, 59, Plea, 81 – Andersson, 50
“Paderborn” – “Borussiya” D – 1:6
Huenemeyer, 72 (pen.) - Azar, 54, Sanço, 57, 74, 90+1, Hakimi, 85, Şmeltser, 89

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar