Komitə sədrindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maraqlı paylaşım - FOTO

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov social şəbəkədə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maraqlı bir paylaşım edib.

Komitə sədri Azərbaycan uşaqlarına müraciətlə yazır:

“Əziz, gözəl və sevimli uşaqlar!

1 iyun - Sizlərin Beynəlxalq Müdafiəsi Günüdür. Bu xoşbəxt gününüz mübarək! Daima sağlam və gülərüz olun!

Siz çox xoşbəxtsiniz ki, müstəqil Azərbaycan dövlətinin uşaqlarısınız! Sizin varlığınız böyüklərə sevinc və fərəh bəxş edir! Sizin bir gülüşünüz dünyanın ən dəyərli nemətidir. Təəssüf ki, bəzən bunu qiymətləndirməyi bacarmayan əmilər və dayılar da var. Sizi xoşbəxt etmək əvəzinə, ağladır, oynadığınız məkanları əlinizdən alır, sizə təmiz hava verən ağacları kəsərək yerində pul qazanmaq üçün evlər, dükanlar və.s tikirlər. Hələ elə pis böyüklər də var ki, Azərbaycanın torpaqlarının bir hissəsini zorla bizdən-sizdən almaq istəyir. Bunun üçün hətta sevdiklərinizi belə amansızcasına sizdən ayırırlar. Amma bizim dövlətimiz çox güclüdür, həm də sizi çox sevir, ona görə də hərtərəfli qayğısı və sevgisi ilə əhatə edir.

Dövlətimiz çox çalışır ki, zorla əlimizdən alınmış torpaqlarımızı geri qaytarsın, pozulmuş hüquqlar bərpa olunsun. Bunun üçün dövlət rəhbərlərimiz İlham Əliyev və Mehriban xanım Əliyeva yorulmadan, səylə çalışır. Siz də gərək bu işdə yaxından iştirak edəsiniz. Yaxşı oxumaqla, savadlı olmaqla, vətəni sevməklə dövlətimizə, Prezidentimizə pozulmuş ədaləti bərpa etmək üçün öz köməkliyinizi göstərəsiniz.

Siz çox güclüsünüz!

Biz də çox xoşbəxtik ki, siz müstəqil Azərbaycanın gələcəyisiniz!

Həm də ona görə xoşbəxtik ki, siz bizim arzularımızın ümid yerisiniz!

Biz böyüklər, həm də gözəl bilirik ki, gələcəyimizi, yəni sizləri nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Hamınızı bir daha təbrik edirəm! Xoşbəxt olun!!!

Tanrı Sizləri və Sizi sevənləri qorusun! Amin!”

635x100

Şərhlər

Yusif Vəliyev 2020-06-01 12:55:05

Azərbaycanda deyəsən belə məsələlərlə məşğul olan Komitə var.amma onların faliyyəti.işi heç kəsə bəlli deyil.Ortada görünmür.səsləri eşidilmir.Əvvəllər bu quruma H.Hüseynova rəhbərlik edirdi ki. o da onu-bunu rüşvətlə işə düzəltməklə məşğul idi.m

Son yazılar