"Qavalı sevir, kitaba nifrət edirik" - Aqil Abbas

“Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər başa düşə bilmirəm. Qavalı sevirik, amma kitaba nifrət edirik. Belə getsə başa düşə də bilməyəcəm”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Ağcabədidə 105 nəfər kitabxanalarda çalışan insan var: “Kənd kitabxanalarını ləğv etdilər. İndi də belə bir qərar gəlib ki, 35 nəfər ixtisar olunmalıdır. Prezident yeni iş yerləri açır, ancaq bunlar işçiləri ixtisar edirlər. Bu qədər büdcəmiz var, ancaq dövlətimiz onların aldığı 200 manat maaşa möhtac olub? Hazırda Mədəniyyət naziri yoxdur. Ancaq onu əvəz edən var. Ancaq Maliyyə Nazirliyinə müraciət edirəm ki, kitabxanalarla işi olmasın. İxtisar olunası o qədər yer var”.

635x100

Şərhlər

TARIX 2020-06-01 17:55:22

ADƏN ARTIQ RUS MƏKTƏBİNİN OLMASI İLƏ ZƏRBAYCANDA 300-

t.ədalət 2020-06-01 14:11:32

FHN -nin yarısını,Daxili qoşunların hamısını ixtisar etmək lazımdır. Bakı şəhəri üzrə DSMF-nun rayonlar üzrə şöbələri ləğv edilməli, bir idarədə formalaşdırılmalıdır.

Aqil bəyə 2020-06-01 12:46:56

Aqil bəy-bu nuyə belə oldu?bilmirsiniz ki.uzun müddətdir iqtidarın siyasəti təhsil səviyyəsinin öldürülməsinə yönəlib.Bir dərsliklərə və təhsilin təşkilikə.strukturuna diqqət edin.Ölkə əhalisini təhsilini və sağlamlığını barədə hansı işlər görüldüyünə,səviyyəsinə (qarışıq qanlı vətəndaşlarımız uşaqlarını vüsusi məktəblərdə və xaricdə təhsil almasınıtəşkil edirlər)bdiqqət edin.Hətta səhiyyə naziri tibbi müayinəyə Almaniyayagedir.Təhsili eksperimentə çeiriblər.Dövlət universitetlərində belə təhsili pullu ediblər.Hələ rüşvət bir yana.Rəhmətlik Nüseyin Cavid hələ 1037-ci ildə demişdi ki.əgər istəyirsən millət millət kimi heç olsun.inun təhsilini aəlindən al .Bax bu hal ludi daha qabarıq şəkildə davametməkdədir.Siz öndə olan ziyalılar isə susmusunuz!"ı

Son yazılar