ZAKİR QARALOVUN QARDAŞINA CİNAYƏT İŞİ AÇILDI – Hansı maddələrlə ittiham olunur?(Yenilənib)

“Mənim Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməyimlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzli yazılardır. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə yazılara inanmamağa çağırıram”.

Bu sözləri sabiq Baş prokuror Zakir Qaralovun qardaşı Tahir Qaralov APA-ya açıqlamasında bildirirb.

Xatırladaq ki, bu barədə xəbəri gununsesi.org saytı yayıb. Xəbərdə bildirilir ki, Tahir Qaralov Emil Ocaqquliyev adlı şəxsi ölümlə təhdid etdiyinə görə Gürcüstanın hüquq mühafizə orqanlarında onun barəsində cinayət işi açılıb.

Həmin şəxs məlumatı təsdiq edib. Tahir Qaralovun təkzibindən sonra isə adıçəkilən sayt faktla bağlı detallı informasiya yayıb.

Belə ki, Tahir Qaralova Emil Ocaqquliyevin şikayəti əsasında Gürcüstan Cinayət Məcəlləsinin 151-ci (Hədələmə) maddəsi ilə 007200520004 saylı cinayət işi başlanıb.

Cinayət işinin istintaqı Tiflisin Vake-Saburtalo rayonunun Kriminal Polis İdarəsinin 7-ci bölməsində aparılır. İstinaqın aparılması isə Mariam Bakuradze adlı müstəntiqə həvalə edilib.

***

Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb. Bu barədə gununsesi.org saytı məlumatlı mənbələrə istinadən məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, sabiq Baş prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb. 

Buna səbəb isə  Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub.

Xəbəri təsdiqləyən Emil Ocaqquliyev birdirib ki, onun Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədəliyib : “Mən də buna görə Gürcüstanın hüquq mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıb”.

635x100

Şərhlər

Akif Bədəlov 2020-06-21 22:31:50

Bəs özünün rüşvətlə əldə etdiyi villalar,evlər,daha nələr... nələr niyə ortaya çıxarılmır?

Cəmşid Dərələyəzli 2020-06-03 12:33:59

Şahsim 4 ilə yaxındır yaxınınımın itgisi ilə bağlı Zakir Qaralova Onun keçmiş müavini Rüstem Usubova yüzlərlə müraciət etmişəm. Hamısı cavabsız qalıb. Rüstəm Usubov bu işlə bağlı imzaladığı ittiham akt heç bir dəlilə və sübuta əsaslanmayıb. ..... İllərlə bu adamların bu əməlləri ölkədə hüquq siteminə çox böyük zərbə vurub. ...

Son yazılar