Ən zərərli səhər yeməyi - Həkim danışır

Bəzi səhər yeməkləri mədə-bağırsaq traktının işini poza bilər və hətta artıq çəkiyə və diabetə səbəb olar. Bu barədə N.İ.Piroqov adına Moskva elmi-tədqiqatt institutunun qastroenteroloqu İrina Potyanova danışıb.

Onun sözlərinə görə, xüsusilə karbohidratlardan ibarət səhər yeməyi bu sıradandır. Belə ki, stereotiplərin əksinə olaraq, ən təhlükəli səhər yeməyi sırasına «ovsyanka»nı aid etmək olar. Doğrudur ki, bu, tez hazırlanan “ovsyanka”ya aiddir. Həkim qeyd edir ki, ağ çörək, üyüdülmüş sıyıq, şirniyyat və qovrulmuş ərzaqlar qanda qlükozanın miqdarını kəskin artırır ki, bu da mədəaltı vəzdə insulinin yaranmasını sürətləndirir.

«Aclıq hissi, zəiflik yaranır, nədən ki, beyində şəkər çatışmır. Ardınca «yellənçək» başlanır - siz aclığı boğursunuz, qlükoza və insulinin miqdarı yenə qalxır. Əgər bu sikl gün ərzində yenidən təkrarlanırsa, bu, karbohidrat asılılığına gətirib çıxardır» - «MedikForm» Potyanovdan sitat gətirir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar