“Rusiyanı G7-yə qaytarmağı sağlam düşüncə tələb edir” - TRAMP

Rusiyanın G7 formatda sammitə qayıtmasını sağlam düşüncə tələb edir, nədən ki, bu görüşlərdə müzakirə olunacaq məsələlərin yarısı Rusiya ilə bağlıdır. Bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp «Fox» radiosuna verdiyi müsahibədə bəyan edib.

Aparıcı ABŞ liderindən soruşub ki, Rusiya prezidenti Vladimir Putin iri dövlətlərin klubuna qayıtmaq və onun inamını qazanmaq üçün nə edib?

«O, neft industriyası məsələsində bizə kömək edib ki, bu, onun özü üçün də yaxşıdır. Biz onu qaldırdıq və indi Texasda, Şimali Dokotda, Oklohamada və digər yerlərdə milyolarla iş yerini xilas edə bilərik. İndi orada istehsal stabildir. Onlar (nefi qiymətləri - red.) sıfıra qədər endilər. Bu, milyonlarla iş yerinə dəyərdi. Ümumiyyətlə, bu, onun etdikləri məsələsi deyil. Bu, sağlam düşüncə məsələsidir. Bizim G7 var, o, orada deyil, amma məsələlərin yarısı Rusiyaya həsr edilib. Əgər o, orada olsaydı, onları xeyli asan həll etmək olardı».

Tramp xatırladıb ki, Barak Obama dövründə Rusiya artıq G8-ə daxil olub. Amma qalan ölkələr Rusiya tərəfindən Krımın ilhaqından sonra bu formatdan imtina ediblər.

Artıq xəbər verildiyi kimi, iyunun 1-də Rusiya və ABŞ prezidentləri telefon danışığı aparıblar. Danışıq zamanı onlar ABŞ liderinin G7 sammitini keçirmək və bu görüşə Rusiyanın, Hindistanın, Avstraliyanın və Cənubi Koreyanın dəvətinin mümkünlüyü ideyasını müzakirə ediblər.

İki ölkənin liderləri həm də OPEK+ razılaşması kontekstində neft bazarındakı vəziyyəti müzakirə ediblər. Kremlin yaydığı relizdə deyildiyi kimi, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan danışıq konstruktiv, işgüzar və məna tutumlu xarakter daşıyıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar