Bu gün parlament donorluq və transplantasiya haqqında qanun layihəsini müzakirə edəcək

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.

635x100

Şərhlər

t.ədalət 2020-06-04 09:34:25

Donorluq və transplantasiya haqqında qanunun qəbul edilməsi Azərbaycanda böyük bir biznesin,eyni zamanda ,insanların oğurlanıb doğranması kimi dəhşətli fəlakətin başlnğıcı ola bilər...Belə bir biznes üçün həmişə Müharibə ölkələrini seçirlər.Ata-anasını müharibələrdə itirmiş,yaxudda valideynləri həbs edilmiş(xaricdə) ortalıqda qalan uşaqlar bu biznesin havayı qurbanlarına çevrilirlər...

Son yazılar