Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? - Rəsmi açıqlama
Baxiş sayı:
Dərc olunub:
04/06/2020 - 10:12
"Hələ ki, qadağa 6-7 iyuna aiddir".
Bunu "Report"a açıqlamasında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Azərbaycan Premyer Liqasının yenidən təxirə salınma ehtimalına münasibət bildirərkən deyib.
"Sonradan nə olacağına hələ baxılacaq", - Məmmədov bildirib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Azərbaycanda 6-7 iyunda evdən çıxmağa qadağa qoyulması nəzərdə tutulub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.