İçərişəhərdə ikimərtəbəli karvansaraya 3-cü mərtəbə əlavə olunacaq

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası Qüllə küçəsi, 12 ünvanında yerləşən, XV-XVII əsrlərə aid olan Buxara Karvansarayının ikimərtəbəli binaya yüngül konstruksiyadan 3-cü mərtəbənin əlavə olunması üçün layihə-smeta sənədlərinin satınalması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "AM.M LİNE" MMC-dir.

Qalib şirkətə 27,5 min manat ödəniləcək.

635x100

Şərhlər

t.ədalət 2020-06-04 15:03:15

Bununla da karvansarayın qədimliyi yox olacaq.Görünür,kimlərsə öz ticarətlərinə yeni yer yaratmaq istəyirlər.Tarix yamaq götürmür.

BAKILI 2020-06-04 11:29:38

Men teklif edirem bir mertebe yox on uki mertebe qaldirin

Son yazılar