Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda keçiriləcək.

"Report" Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, kişilərin mübarizəsi 9 - 13 dekabrda, qadınların yarış 17 - 20 dekabrda olacaq. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Bundan başqa Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26 - 29 noyabra təxirə salınıb.

Qeyd edək ki, idman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı 27 - 31 mayda Bakıda, qadınların analoji yarışı 30 aprel - 3 mayda Fransanın paytaxtı Parisdə, bədii gimnastların qitə çempionatı isə 21 - 24 mayda nəzərdə tutulmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar