Gürcüstan daha 114 vətəndaşını Azərbaycandan təxliyə etdi

Gürcüstan daha 114 vətəndaşını Azərbaycandan təxliyə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Azərbaycandakı səfirliyindən bildirilib.

Gürcüstan vətəndaşları ötən gün avtobusla vətənə yola salınıb. Həmin şəxslər arasında yeniyetmələr, ahıllar, hamilə qadınlar, ağır xroniki xəstəlikləri olanlar və səfirliyin müvəqqəti yaşayış yeri ilə təmin etdiyi insanlar olub.

Qeyd olunub ki, vətəndaşların Gürcüstana təxliyəsi səfirliyin dəstəyi və Azərbaycanın müvafiq dövləq qurumları ilə koordinasiya əsasında həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Gürcüstan hökuməti Azərbaycandan 160 vətəndaşının vətənə qaytarılmasını təmin edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar