"BU DƏFƏ TAM QAPANMADIR..." - Yeni qadağalarla bağlı əhaliyə müraciət edildi + VİDEO

"Bəzi insanlar həftəsonu qadağaları ikinci dalğa kimi qəbul edir. Bu, qəti belə deyil". Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, işlər sadəcə mərhələli şəkildə həyata keçirilir: "Biz yoluxma sayının sürətli artımının qarşısını almaq istəyirik. Bu dəfəki qapanma tam qapanmadır. Ona görə də insanlar lazımi ehtiyaclarını indidən təmin etsinlər. Vətəndaşlar bunu bayram kimi qeyd etməsinlər. Yəni zərurət olmadan bu gün və sabah harasa kütləvi axın etməsinlər. Özəl təşkilatlara da müraciət edirik ki, cümə günü iş saatının azaldılması məsələsinə baxsınlar".

Qeyd edək ki, mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmanci, TƏBİB-in xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiri Yaqut Qarayeva iştirak edirlər.

Xəbər verildiyi kimi həftəsonu üçün xüsusi karantin rejimi sərtləşdirilib. Nazirlər Kabineti bu gün “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar verib. Tədbirdə pandemiya ilə bağlı ölkədəki son vəziyyət, yeni qərar haqda məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

Ramin Bayramlı bildirib ki, Operativ Qərargah pandemiyanın ikinci mərhələsinin gedişi ilə əlaqədar qərar qəbul edib. Çünki virusa yoluxanların sayı artıb. Yeni növ koronavirusun dərman və peyvəndi tapılmadığı üçün dünya dövlətləri preventiv tədbirlər görür. Buna görə də Operativ Qərargahın qərarı ilə bu həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini tərk etməsi qadağan edilir. İnsanlar yalnız təcili tibbi yardıma ehtiyacı olanda təcili yardım maşını ilə, dəfnlə bağlı isə DİN 102 xidmətinə zəng edərək harasa gedə bilərlər.

Bayram günləri də məhdudlaşma ola bilər

R.Bayramlı deyib ki, gələcəkdə həftə sonları və bayram günləri hərəkətin məhdudlaşdırılması nəzərdə tutula bilər.

Lakin bu barədə hələ qərar verilməyib. Bununla belə, yalnız həftə sonu qapanma xəstəliyin yayılmasının qarşısını almaq üçün yetərli deyil. İnsanlar sosial məsafəni gözləməli və maskadan istifadə etməlidirlər.

"İnsanlar lazımi ehtiyaclarını indidən təmin etsinlər..."

R.Bayramlı bildirib ki, bəzi insanlar həftəsonu qadağaları ikinci dalğa kimi qəbul edirlər. Lakin bu belə deyil. "Biz yoluxma sayının sürətli artımının qarşısını almaq istəyirik. Budəfəki qapanma tam qapanmadır. Ona görə də insanlar lazımi ehtiyaclarını indidən təmin etsinlər"- TƏBİB təhbəri əlavə edib.

O qeyd edib ki, vətəndaşlar bunu bayram kimi qeyd etməməlidilər. Yəni zərurət olmadan bu gün və sabah harasa kütləvi axın etməsinlər. Özəl təşkilatlara da müraciət edilir ki, cümə günü iş saatının azaldılması məsələsinə baxsınlar.

Cəzalandırmalar olacaq

R.Bayramlı qeyd edib ki, maska taxılmaması və sosial məsafələrin saxlanılmaması xəstəliyə yoluxanların sayını artırır.

Cəzalandırma tədbirləri bundan sonra da davam edəcək: "Həftəsonu qadağaları bir neçə dəfə tətbiq edilə bilər. Epidemioloji baxımdan müsbət nəticəsi olsa da, iqtisadi baxımdan mənfidir. Ona görə də qısamüddətli qadağalara getdik".

TƏBİB rəhbəri əlavə edib ki, ictimai nəqliyyatda-avtobusda, metroda insanların çoxunun tibbi maska taxmaq istəməməsi və metroda baş verən arzuolunmaz insident həftəsonu qadağa tətbiq etməyə vadar edib.

"Xəbər saytları evdən işləyəcə, televiziyalara tövsiyə olunur ki..."

R.Bayramlı deyib ki, xəbər saytları evdən işləyəcək. TV və radiolara isə məhdud sayda işçi cəlb etməsi tövsiyə olunub.

"Televiziya və radio qurumlarının məhdud sayda işçi cəlb etməsi məqsədəuyğundur. Tövsiyə edirik ki, müsahibələr onlayn qaydada götürülsün. Zəruri halda isə televiziyalar Operativ Qərargaha müraciət etməlidirlər. Fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarına bu barədə məlumat verilib",-deyə TƏBİB rəhbəri bildirib.

Dəfn adından sui-istifadə edənlər yenə cəzalandırılacaqlar

R.Bayramlı məlumat verib ki, həftəsonu işinə icazə verilən dövlət qurumlarına Nazirlər Kabineti tərəfindən siyahı göndərilib. Xidməti avtomobillərdən yalnız işləməyə icazə verilən şəxslər istifadə edə bilərlər: "İnsanlar bu günlərdə zəruri dərman ehtiyaclarını təmin etməlidirlər".

TƏBİB rəhbəri qeyd edib ki, zəruri hallar yaranarsa insanlara təcili yardımla lazımi yardım ediləcək: "Ölkəmizdə gündə 150-170 şəxs vəfat edir. Bu statistikaya uyğun olaraq dəfndə iştirak edə biləcək yaxın insanların sayı bilinir. 102 xidmətinə zəng etməklə insanlar dəfndə iştirak edə biləcəklər. Əvvəllər SMS-lə dəfndə iştirakla bağlı 40-50 min müraciət edilirdi, sui-istifadə halları olurdu. 102 xidmətinə yersiz zəng edənlər müvafiq qaydada cəzalandırılacaqlar".

Yalan və şayiə yayılırlar ki...

R.Bayramlı deyib ki, sosial şəbəkələrdə bəzi şayiələr yayılır. Guya hər hansı ölmüş şəxsə təcili tibbi yardım xidmətindən onların COVİD-19-dan ölməsi barədə təklif verilir. Amma bu tamamilə əsassızdır. Bu şayiələr müvafiq qurumlar tərəfindən araşdırılıb. COVİD-19 diaqnozunun qoyulması üçün müvafiq elektron sistem var, bura müdaxilə mümkün deyil.

“Dünyada 6 milyondan çox yoluxma qeydə alınıb, amma...”

Bunu isə Hande Harmanci deyib.

Onun sözlərinə görə, 380 min ölüm qeydə alınıb. Avropada isə 2 milyondan çox yoluxma, 180 mindən çox ölüm baş verib. Bununla belə, son günlər Avropada virusa yoluxmada azalma müşahidə olunur.

Buraxılış imtahanı və zəruri tələblər

Y.Qarayeva isə buraxılış imtahanları ilə bağlı məlumat verib. Bildirib ki, abituriyenlər və valileynlərin test olunması nəzərdə tutulmayıb.

Qeyd edək ki, iyunun 7-də keçirilməsi nəzərə tutulan buraxılış imtahanları iyunun 10 və 11-nə salınıb.

TƏBİB tərəfindən imtahanlarla bağlı müvafiq qaydalar hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Imtahanlar zamanı valideynlər sosial məsafəni gözləməlidilər.

Daxili uçuşların aqibəti

R.Bayramlı məlumat verib ki, daxili uçuşlarla bağlı təlimatlar hazırlanıb. Yaxın günlərdə daxili uçuşların olması gündəmdədir.

TƏBİB rəhbəri qeyd edib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Beynəlxalq uçuşlarla bağlı isə danışıqlar aparılır və iyulun 1-ə qədər beynəlxalq uçuşlar mümkün olmayacaq.

635x100

Şərhlər

ejder 2020-06-05 01:37:56

MEDIAYA NIYE ICAZE VERILMIR,HIYYY...

Vətəndaş 2020-06-04 20:31:31

Bəsdirin də ....

Asim 2020-06-04 18:50:17

"TƏBİB" panika yaratmaqla məşğuldur.Xaricdən gələn vətəndaşların qarantinə alınması da xəstə sayının artımı kimi qiymətləndirilir və bunun da nəticəsində insanların normal yaşam şəraitinə zərər vurulur,panika yaranır,hər kəs özündən.ətrafkılardan şübhələnir,normal həyat ritmi pozulur.Bunun nədən irəli gəldiyi isə bir çox xoşagəlməz versiya yaradır.

Eli 2020-06-04 18:13:33

millet uc aydi iwlemir goresen nece?ve hansi bayrami kecire bilerik ki???))))))

Son yazılar