ADIF kompensasiya ödənişi üzrə öhdəliklərini azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) aktivləri 1 028,4 milyon manat təşkil edib.

“Report” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8% çoxdur.

ADIF-in aktivlərinin 791,5 milyon manatı dövlət vekselləridir. 2019-cu ildə bu rəqəm 0,15% artıb.

Hesabat dövründə Fondun öhdəlikləri 5,3% azalaraq 11,1 milyon manata, o cümlədən kompensasiya ödənişi üzrə öhdəlikləri 6,5% azalaraq 11 milyon manata düşüb, balans kapitalı isə 8,2% artaraq 1 017,4 milyon manata çatıb.

ADIF ötən il olduğu kimi, bu il də mənfəət-zərər göstəricilərini açıqlamayıb. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar