"COVİD-19 virusu isə hətta 56 dərəcədə belə 10-15 dəqiqə dözə bilir" - Cəlal İsayev

"Epidemiyanın başladığı ilk günlərdə havaların temperturunun 25 dərəcəni keçdikdən sonra COVİD-19 virusunun ölməsi barədə səsləndirilən fikirlərlə bağlı onu deyə bilərəm ki, virusların bir çox növləri var. Bəzi viruslar 37 dərəcədə, 10-15dəqiqə tab gətirib, sonra ölür." Bunu "Ölkə.Az"a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev bildirib ki, COVİD-19 virusu isə hətta 56 dərəcədə belə 10-15 dəqiqə dözə bilir:"Bir daha deyirəm ki, COVİD-19 infeksiyası tam öyrənilməyib, müxtəlif fikirlər var. Hətta belə bir absurd fikir də ortaya atılıb ki, kimin çeçələ barmağı uzundur, COVİD-19-a daha tez yoluxur. Bu səslənən fikirlərin arasında düz olanı da, səhvi olanı da var. İstənilən halda bu bəladan qurtulmaq istəyiriksə, qaydalara ciddi əməl etməliyik".

635x100

Şərhlər

murad 2020-06-04 21:47:04

Cəlal müəllim, biz Sizə inanmırıq. ...

Əli 2020-06-04 20:24:47

mən oxumuşam ki, korona +100 dərəcə selsi temperaturda ölür

Son yazılar