Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 54234 şübhəli koronavirus testindən keçib, onlardan 988-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4630 nəfər ölüb, 167410 nəfər bu infeksiyaya yoluxub, 131778 nəfəri isə müalicə olunub.

Bu gün 926 xəstə evə buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar