“Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq” - İlham Əliyev

“Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq: “Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”.

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-06-05 17:48:12

CƏN.PREZİDENT Sizi alqışlayıam Siz bizi MM-təmsil etdiyiniz 1995-2000-ci illərdə biz QARADAQDA cox böyk işlə ğördk.Sizin rəhbərliyiniz altında 2-ədəb 50-mənzilli bina ŞƏHİD VƏ QARABAQ ƏLİLLƏRİ ÜCÜN,2-park,İH-nin inzibatı biması,qəsəbə arası və qəsəbə daxili yolların təmiri Rayonu fasiləsiz İŞIQ,QAZ. VƏ SU iylə təminatı.Bu işlərə büccədən bir azn də vəsait AYRILMADAN SİZİN rəhbərliyiniz altında apardıq.Mən bir sıra xırda işləri yazıb vaxt almaq istəmirəm.Amma SOVETİN 70-illik mövcudluqu dövründən cox iş ğördük.Bu dəfələrlə müracətimə baxan yoxdur.MƏS.Sosial MN -nin Qaradaq şöbəsində coxsaylı neqativ hallar,QANKÖCÜRMƏ İNİSTİTUNUN kecmiş direktorunun korrupsiya əməlləri barədə yazdıqım hallar bu ğünə kimi baxılmır.Kim müdafiyyə edir bunları bilmirəm.1995-2000-ci ildən SİZİNLƏ planlaşdırdıqımız işlərin icərisində 2-i mühüm iş qalıb .Birinci yeni su anbarının tikilməsi cünkü mövcud anbar cat var su buraxır qəzalı vəziyyətdədir..

t.ədalət 2020-06-04 22:56:44

Yəqin ki DSMF-u olacaq.

Son yazılar