"Son sutkada dünyada koronavirusa 129 mindən çox insan yoluxub" - ÜST
Baxiş sayı:
Dərc olunub:
04/06/2020 - 22:39
Dünyada koronavirusa yoluxanların sayı 6,4 milyonu ötüb.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, son bir gündə koronavirusa dünyada 129 mindən çox yoluxma qeydə alınıb, 380 mindən çox insan ölüb.
Son məlumatlara görə, son sutkada COVID-19 129 281 yoluxma qeydə alınıb, 4 842 pasiyent ölüb. Beləliklə, dünyada təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 416 828 təşkil edir. Pandemiya ərzində ümumilikdə 382 867 insan COVID-19-dan ölüb.
Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 3 022 824 nəfər koronavirus daşıyıcısıdır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.