Gürcüstan müxalifəti etiraz aksiyalarına hazırlaşır
Baxiş sayı:
Dərc olunub:
05/06/2020 - 00:06
Gürcüstan müxalifəti iyunun 20-də mərkəzi Rustaveli prospektində, parlamentin binası önündə etiraz aksiyası keçirməkdə israrlıdır. AzərTAc xəbər verir ki, bu bəyanatla Gürcüstanın “Stıdno” vətəndaş hərəkatının fəallarından olan Qiqi Makarşvili çıxış edib.
Onun sözlərinə görə, hökumət əleyhinə olan aksiyalar mütləq şəkildə baş tutacaq.
Q.Makarşvili deyib ki, aksiya iştirakçıları ara məsafəsi saxlamaqla, tibbi maska və infeksiya əleyhinə vasitələrlə təmin olunacaqlar.
“Aksiyaya hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasına müxalif olan bütün siyasi qüvvələr dəvət olunublar”, - deyə Makarşvili vurğulayıb.
Son yazılar
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.