Hansı ərzaqları gecə yemək olmaz? - Alimlərin məsləhəti

Bəzi ərzaqları gecə vaxtı yemək olmaz, çünki onlar yuxu pozuntusu əmələ gətirir. Amerika alimləri belə nəticəyə gəliblər («Cursorinfo»).

Mütəxəssislər təcrübi yolla müəyyən ediblər ki, tərkibində yüksək miqdarda rafinə olunmuş karbohidrat olan ərzaqlar yuxunu pozur, çünki onların qlikemik indeksi daha yüksəkdir. Nəticədə qanda şəkərin miqdarı tez sıçrayır, göstəricilər normallaşan zaman isə tez-tez kortizolun və adrenalinin ifrazı qeydə alınır ki, bu da yuxunun keyfiyyətinə təsir göstərir.

Rafinə olunmuş karbohidratlar ağ çörəyin, şəkərin, duzun və ağ düyünün tərkibində olur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar