İranla Türkiyə arasındakı sərhəd-keçid məntəqəsi açılıb

İran ilə Türkiyə arasındakı Bəzarqan sərhəd-keçid məntəqəsi iyunun 4-də açılıb.

Bu barədə Bəzarqan sərhəd-keçid məntəqəsinin rəisi Sadiq Namdar məlumat verib. O bildirib ki, birinci mərhələdə yük avtomobillərinin gediş-gəlişi təmin ediləcək. Hər bir avtomobil məntəqədə yaradılmış mərkəzdə dezinfeksiya edilərək ölkəyə buraxılacaq. İkinci mərhələ də isə vətəndaşların qarşılıqlı gedişi-gəlişinə icazə veriləcək.

Rəisin sözlərinə görə, üç ay bağlı qaldıqdan sonra məntəqənin açılışı zamanı bəzi texniki tədbirlər görülüb, kompüter avadanlığı yenilənib.

İran ilə Türkiyə arasındakı Bəzarqan sərhəd-keçid məntəqəsi İranın Qərbi Azərbaycan vilayətində Urmiya şəhərinin yaxınlığında yerləşir. Bu məntəqə ölkələrin qarşılıqlı ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır(azərtac).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar