Müəllimlərin sertifikasiya vaxtı bilindi - ƏMR

Müəllimlərin sertifikasiyadan keçirilməsinin vaxtı açıqlandı

Təhsil Nazirliyi Təhsilverənlərin sertifikatlaşdırılmasının aparılacağı vaxtı açıqlayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sertifikatlaşmanın bu ilin payız aylarından başlayacağını bildirib. Sertifikasiya növbəti ildə də davam edəcək.

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb. Əmrdə dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması qeyd olunur.

Şuranın sədri: Məhəbbət Vəliyeva - Azərbaycan Respublikası Təhsil nazirinin müavini Şuranın üzvləri: Fərzəli Qədirov - Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Elnur Məmmədov- Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Eşqi Bağırov - İnsan resursları şöbəsinin müdiri Vəfa Yaqublu - Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Murad Camalzadə -Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Vüsal Xanlarov - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar