İçərisində 8 nəfərin olduğu İran gəmisi batıb

İran gəmisi batıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İraqın Bəsrə şəhəri, Xur Abdullah kanalı yaxınlığında batan gəmidə 8 ekipaj üzvü və 850 tondan çox yük olub.

"Bəhbəhan" adlı gəmidəki ekipajı xilas etmək üçün İraqın xilasetmə qüvvələri səfərbər olub. Məlumata görə, ekipaj üzvlərindən 5 nəfəri xilas etmək mümkün olub, 3 nəfər itkin düşüb.

Hadisənin başvermə səbəbi məlum deyil.

Qeyd edək ki, Xur Abdullah kanalı Fars körfəzinin şimal-qərbində yerləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar