Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı

Milli Məclisin Mətbuat Xidmətinin keçmiş rəhbəri Akif Təvəkküloğlu (Nəsirli) parlamentdə işə başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, A.Təvəkküloğlu hazırda Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində işə düzəlib.

Qeyd edək ki, Milli Məclisdə aparılan kadr və struktur islahatları çərçivəsində A.Təvəkküloğlu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən azad edilib və həmin şöbə ləğv edilib.

Milli Məclisin Sədri Sahibə Qafarovanın müvafiq sərəncamı ilə yeni Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Həmin şöbəyə isə Ceyhun Əli (Ceyhun Əliyev) müdir təyin olunub.

635x100

Şərhlər

Millikişi 2020-06-05 23:34:23

Bu necə kadr siyasətidir? Təvəkküloğlu Oktay üçün əvəzolunmaz kadrdır, bəyəm striptiz işlədən spiker də qayıdır?

esger 2020-06-05 16:54:50

boyuk sehv edibler

Son yazılar