Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 6-na olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 478 test edildiyi bildirilib. Bildirilib ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 334 863 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb, 2 nəfər isə vəfat edib.

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 7 239 nəfərə, sağalanların sayı 4 024 nəfərə, ölənlərin sayı isə 84 nəfərə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar