DİN YASAMAL HADİSƏSİ BARƏDƏ RƏSMİ AÇIQLAMA VERDİ - VİDEO

Dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüblər.

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.

Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-06-08 17:07:50

Polis kimdir bizim oqlumuz,qardaşımız,Həvəmiz.bu cox pis haldır.MƏN BUNU POLİS BALAMA NIVƏMƏ YARAŞDIRMADIN.HAYIF.

Son yazılar