BU HƏFTƏSONU DA SƏRT KARANTİN REJİMİ TƏTBİQ EDİLƏCƏKMİ? - Rəsmi açıqlama

İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil.

Bunu Trend-ə açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiqəti əks etdirmir: "Baş nazirin 4 iyun 2020-ci il tarixli müraciətində bu barədə heç bir açıqlama yoxdur".

İ.Məmmədov bildirib ki, bu barədə heç bir qərar yoxdur. Əgər hansısa müzakirə aparılarsa və ya qərar qəbul edilərsə, bununla bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək.

Xatırladaq ki, bəzi saytlarda Baş nazir Əli Əsədovun adından məlumatlar yayılıb. Məlumatda bildirilir ki, guya ölkədə koronavirus infeksiyası kəskin yayıldığı üçün iyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydaları tətbiq ediləcək.

635x100

Şərhlər

Xalq 2020-06-08 16:56:48

Hər şeydə ədalətli olun. Bunu bütün xalq deyir.

Namaz 2020-06-08 16:12:34

Dünənki olay əsl bibırçılıqdı

Araz 2020-06-08 13:45:17

İnsanları bu qədər sıxmaq, meşoğa yığmağın fəsadları yaxşı olmayacaq. İbrakim əkə onaq görə müdirinə də de oturun papağınızı qabağınıza qoyuin yaxşıca fikirləşin. Hər şeyin bir sonu var. Əsəblərin də sonu var. O sona çatdıranda artıq gec olacaq. Bu qədər də yox də.

Son yazılar