MƏMMƏDYAROV DTX-ya MÜRACİƏT ETDİ - "Şəxsi həyata müdaxilə edərək..."

"Öncə vurğulamaq istərdim ki, XİN-in rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmirəm və bu barədə əvvəl də bildirmişdim. Lakin, son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək, təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir.

Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliynə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik", o vurğulayıb. 

635x100

Şərhlər

Xalq 2020-06-10 21:11:31

malades!, bundan başqa sözüm yoxdur.

Rizvan-a 2020-06-10 11:48:27

Bu adam bu qədər düşünür.Görmürsünüz,polis-prokurora inanmır,bir başa DTX-ya müraciət edir...

Mammed-yarovun nəzərinə 2020-06-10 01:33:45

Cəmaət: Zilli-Sultan, bura say döydürüb aldıqlarını! Söyüb aldıqlarını, söydürüb aldıqlarını! Zilli-Sultan: Tövbə, əttövbə, xəta rahinə getdiklərimə! Bilib etdiklərimə, bilməyib etdiklərimə! Cəmaət: Birbəbir yadına sal cümlə unutduqlarını, Millətin qanın alıb, şüşəyə tutduqlarını, Qış üçün axtalayıb yayda qurutduqlarını, Gözlərin kəllənə də çıxsa, qus udduqlarını! Boş danışma, bura say öldürüb aldıqlarını! Bölüb aldıqlarını, böldürüb aldıqlarını! Zilli-Sultan: Tövbə, əttövbə, xəta rahinə getdiklərimə! Bilib etdiklərimə, bilməyib etdiklərimə! (Mirzə Ələkbər Sabir))

ARAZ 2020-06-09 21:00:33

GÖRƏSƏN mƏMMƏDYAROV ÖZÜ YERİNDƏ OLMADIĞINI HUSS EDİR?

Atayev Xalid 2020-06-09 15:08:02

Məmmədyyarov tək deyil ki.... Belə jadtrlarla hara gedirik? ...

ариф 2020-06-09 11:10:11

огру ела багырды ки догрунун багры йарылды

Ağayev Ağahüseyn 2020-06-09 09:07:10

Məmmədyarov XİN-i dir onun hakqında yazılanlara ya cavab verməli bildirməlidir ki,böhtandır.Yazılanlar düzdürsə o məsuliyyətə cəlb olunmalı və vəsaiti dövlətə qaytarmalıdır Dövlət qulluqçusunun varidatının mənbəyinin göstərilməsinin şərəf və ləyaqətə nə aidiyyatı var görəsən ? Bu cox PİS TENSİYADIR.Məmurların oqurluqunun sübutu AŞKAR ÖPRÜNÜR.

Ali 2020-06-09 01:42:56

Dövlət naziri publik şəxstditr və öz hərəkətləri barədə cəmiyyətə və onu təmsil edən prokurorluğa izahat verçməlidir. Bu pulların mənbəyi hardadır? İks elə bağırdı ki, iqrekin bağrı yarıldı məsləsi buna aiddir.

ejder 2020-06-09 00:50:44

...WEREF,,ORDENI VERILMELIDI....ERMENI MAHNLSINA OYNAYIRDILAR...

Viktor 2020-06-09 00:45:57

Utanmasan oynamağa nə var ki! İnsan susmağı bacarmalıdır....

Səməndər 2020-06-08 23:49:01

Maraqlıdır,məmmədyarov bilmir ki,belə müraciətlər DTX-tya yox,polis və ya prokurorluğa edilir.Görün necə kadrlar ölkə məsələlərini xaricdə həll edir....

pensioner 2020-06-08 22:54:27

Demokratik ölkələrdə məmurlar açıq şəkilldə gəlirlər və xərclər barədə bəyənnamələr verirlər,niyə gizlədirsiniz biz ki,demokratik ölkəyik.

Hər iki cəhəti yazırlar 2020-06-08 22:43:39

Niyə təkzib, etiraz, ya iddia vermir?

t.ədalət 2020-06-08 19:12:34

....E.Məmmədyarovun vəzifədən getməsi məsələsioni qaldırmalıdır.

Rizvan 2020-06-08 18:10:44

Dövlət qulluqçusunun varidatının mənbəyinin göstərilməsinin şərəf və ləyaqətə nə aidiyyatı var görəsən ?

Son yazılar