"15 İL HƏBS CƏZASI DÜŞÜRDÜ, ŞƏRTİ CƏZA İLƏ BURAXILDI..." - İbrahimovlarla bağlı daha bir məhkəmə

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və dövlətdən alıdığı 100 milyonlarla krediti fantastik, fırıldaq bir layihəyə xərcləmək adı ilə "göyə sovuran"  İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib. Bu gün keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Sahib İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı həbsdə qaldığı müddət cəzadan çıxılaraq qəti olaraq 3 il 11 ay cəza saxlanıb.

Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 1 il müddətinə sınaq müddəti olmaqla cəzası şərti hesab edilib.

Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Hökmdə Vergilər Nazirliyinin mülki iddiası qismən təmin edilib.

Sahib İbrahimova məxsus Atatürk prospektindəki binanın üzərinə qoyulmuş həbs qərarı götürülüb.

Məhkəmənin hökmünə əsasən, zərərçəkmiş Ehtibar Allahverdiyevin vəkili Xəqani İmanovun mülki iddiası təmin edilib.

X.İmanov söyləyib ki, nümayəndəsi olduğu Ehtibar Allahverdiyeva 162 min 400 dollar zərər vurulub. Məhkəmə mülki iddianı 142 min manatlıq hissədə təmin edib.

Vəkil hökmdən narazı qaldıqlarını, maddi zərərin və mənəvi zərərin tam ödənilməsini tələb etdiklərini bildirib. Xəqani İmanov hökmdən apellyasiya şikayəti verəcəklərini qeyd edib.

Xatırladaq ki, prokuror külli miqdarda dələduzluqda, təkrarən vergidən yayınmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə, vəzifə saxtakarlığında ittiham edilən Sahib İbrahimova Cinayət Məcəlləsinin 66.3-cü (Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.

Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir) maddəsi tətbiq edilməklə 5 il 6 ay cəza istəmişdi.

Amma qeyd edilən maddələrlə Sahib İbrahimovu 15 ildən artıq azadlıqdan məhrum etmə cəzası gözləyirdi.

Dövlət ittihamçısı Sahib Ibrahimovun həbs edilməsini yox, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsini tətbiq edilməsini istəmişdi.

İşin maraqlı tərəfi isə budur ki, Sahib İbrahimov nə zərərçəkmişlərin pulunu, nə də dövlətə olan vergi borcunu ödəyib.

Belə ki, Sahib İbrahimovun 1 milyo 439 min manat vergi borcundan cəmi 37 min manatını ödəyib. Bundan başqa Sahib Ibrahimov qanunsuz sahibkarlıqla məşğul olmağa görə vurduğu 1 milyon 61 min manat ziyanı da ödəməyib.

İttihamda göstərilir ki, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.

Xəqani İmanov

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satıb.

İttihamda göstərilir ki, İbrahimov ev satmaq adı ilə Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kavdratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənib. Sahib İbrahimov buna görə də Q.Rüstəmova “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binalardan birində mənzil verəcəyini deyib. Lakin bu iş də baş tutmayıb.

Onun digər əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, paytaxtın Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.

Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan Sahib İbrahimov “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.

Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib. Məhkəmə bu hökmdə verilən ittihamı rədd edib.

S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərərin bir qismini istintaq dövründə ödəyib.


635x100

Şərhlər

Cavid Rzayev 2020-06-21 22:45:55

Qanunla mıhjəmələrdə işə baxılanda prokurorluq nümayəndəsi dövlət qanunvericiliyinə nəzarət funksiyasını yerinə yetirir,cinayətkarların cəzasını CM-nin maddəsinə görə müəyyən esir və məhkəmədən uyğun qərar çıxarılmasınıtələb edir.Əks halda Peotest verir.Bəs bu halda prokuror nə edib? u məsələyə Baş prokurorluğun münasibəti maraqlıdır.uu

Vətəndaş 2020-06-21 22:41:45

Azərbaycan qanunlarını tualet kağızına döndərən məhkəmələrə eşq olsun! Belə halda Ədliyyə naziri hara baxır?

Tahir 2020-06-18 13:26:46

...Məmmədhəsən əmini goru çatlasln.Hələ o poçt qutusu önündə pristavla dalaşır.

Azərbaycanlı 2020-06-17 11:41:26

Bunlar da əvvəllər Naxçıvana köçən ErAzlardır... Özbaşınalıqdır...

Eli 2020-06-13 11:12:02

Deyesen dünyanin acırıdır gör Cavidler Mirze Celiller yurdunu kimler temsil edir .Bir cemiyyetde ki maddiyyat meneviyyatı üsteledi meydan böş qalır ...

Eli 2020-06-13 01:13:41

Ana bacı lazımdır ki Naxçıvana desmal götürüb ağlasın Hemişe Mirze Celil Hüseyn Cavid Yusif Memmedeliyev Heyder Eliyev ve diger layiqli oğulları ile fexr eden Naxçıvanı ve naxçıvanlıları kimler temsil edir Allah bundan beterinden saxlasın Heleki meneviyyat maddiyatdan çox geri qalır Ne ise

Azəri 2020-06-11 10:35:04

Ölkəni Talançılar hərəsi bir metodla çapıb talayırlar

Maarif 2020-06-11 00:17:18

Az'ərbaycanda qanunun aliliyi belə qorunur.Afərin belə məhkəmələrə! insan gərək Naxçıvanlı plsun.Yoxsa dərisini soymağa hazır DİN və məhkəmələr var.

rasim 2020-06-11 00:09:12

he da .nehremli 850 mln arxasina kechdi.qardashi bir o qeder VETEN.SAG OLSUN LAZIMDIRSA YENE PUL VERERIK BU DEFE BILGEH ISLANDA

Bashirov Qarib 2020-06-10 20:09:47

Səhv etmirəmsə qardaş, 22generalı olan kənddəndir.Ona verilən şərti cəza da çoxdur , məncə. Hakim elə bil qurd urəyi yeyib.

CAVAD 2020-06-10 19:37:07

Buyur,bu da bizim məhkəmə! nAXÇIVANLI VƏ BƏZİLƏRİNƏ YAXIN OLMASA İDİ 15 İL MIXLAYAEDILARkƏSİB-KƏSİB AZAD ETDİLƏR.BƏS BATAN aZƏRBAYCANIN PULLARI?

Son yazılar