DƏNİZDƏN DƏNİZƏ XÜLYASI ERMƏNİLƏRİN BEYNİNƏ HARDAN GƏLİB?

İlhami Cəfərsoy

AMEA Dilçilik İnstitutu Qədim Dillər və Mədəniyyətlər

şöbəsinin müdiri, filologiya elmlər doktoru

Ermənilərin xülyasına görə iki dəniz arası onların tarixi vətəni olmuşdur. Eçmiadzin keşişləri I Dünya müharibəsinin sonlarına qədər iki dəniz arası deyəndə Qara dənizlə Aralıq dənizi arasını nəzərdə tuturdular. Çünki Antanta bloku dövlətləri onları Osmanlı torpaqlarında özlərinə dövlət qurmağa şirnikləndirirdi.

Ancaq nəticə daşnakların istədiyi kimi olmadı. Türkiyə azadlıq savaşından qalibiyyətlə çıxdı. Ruslar məcbur olub, erməni dövlətini Cənubi Qafqazda Azərbaycan ərazisində yaratdılar.

Ermənilər yeni siyasi şəraitə uyğun olaraq xülyalarında bir qədər redaktələr etməli oldular. Əvvəl özlərini, sonra dünyanı inandırmağa çalışdılar ki, qədim h`ayların mifik təxəyyülündəki iki dəniz arası Qara dənizlə Xəzər dənizinin arasıdır.

H`ayların düşüncəsində dənizdən dənizə xülyası doğrudan da var idi. Ancaq arxaik h`aylar indiki ermənilər deyildilər. İltisaqi dilli, Türküstan mənşəli etnoslardan bir neçə toplumu idilər. Onlar özlərinə qohum olan Aran və İver alpları ilə birləşərək e.ö. 28-ci əsrdə Ön Asiyanın torpaqlarını tutmağa başladılar. Köhnə nəsil yevrey mətnşünasları hələ XIX əsrin sonlarında sübuta yetirmişlər ki, Aran alplarının müttəfiqi olan h`aylar və iverlər nə ari etnosu idilər, nə sami. Çinar kimi uca, palıd ağacı kimi möhkəm olan o adamların dili türk və fin dillərinə bənzəyirdi.

Akademik Mapp yazır ki, qədim Çin salnamələrində Türküstanın köçəri etnoslarının dənizdən dənizə qədər çapan və qan tərləyən Ber atlarından bəhs edilir. Həmin atlar iverlərin və digər Yafəs xalqlarının atlarıdır.

Aran, İver və H`ay nəsilləri özlərinin ən qüdrətli çağlarında Nil vadisini tutdular. Misirdən qovulandan sonra Aralıq dənizinin şərq sahillərinə və Dəclə-Fərat çaylarının arasına çəkildilər. E.ö. 18-ci əsrdə orada Babil hökmdarı Bel ilə ölüm-dirim savaşına girdilər. Müqəddəs Quranımızda Nimrud adlandırılan Belin qılıncından xilas olanlar şimala çəkildilər.

Aran alpları öz tarixi vətənlərində - Araz çayı ilə Urmiya gölü arasında, h`aylar Van gölü vadisində, iverlər Kür boyunda yurd saldılar. Çox sonralar--eranın V-XI əsrlərində bu torpaqlarda h`aylar erməniləşdilər, iverlər gürcüləşdilər. Aran nəsilləri özlərinə qohum olan Azər övladları ilə qaynayıb qovuşaraq Azərbaycan xalqının mənşəyinə daxil oldular.

Cəmi üç məqamı nəzərə almasaq, heç bir qədim mənbədə h`aylar hay adlandırılmır, Ay adlandırılır. Çünki onlar aya sitayiş edirdilər və özlərinə Ayli deyirdilər. Ay nəslinin patriarxlarından biri e.ö. XIV əsrdə Misirdə firon olmuşdur. 

Bu həmin Aydır ki, Nefertitini alıb, əri Exnatonu müəmmalı şəkildə öldürmüşdür. Firon Ayın piramidası Nil vadisindən tapılmışdır. Onun dəbilqəsinə heroqliflə Ay yazılıb.

H`Ayların erməniləşməsi 387-ci ildə başlayır, bəzi vilayətlərdə VII əsrin sonlarına, bəzilərində XII əsrin əvvəllərinə qədər davam edir. Bu fikirlər mənə məxsus deyil, akademik Marra məxsusdur.

Rəhmətlik Marr hələ 1903-cü ildə nəşr olunan erməni dilinin mənşəyinə aid kitabında yazır ki, V-VII əsrlərdə h`ayların assimilyasiyası nəticəsində Ermənistanda əvvəlkinə bənzəməyən bir xalq, əvvəlkinə bənzəməyən bir dil yarandı.

Tarixdə bu, nadir hadisə deyil ki, bir xalqın ölkəsində başqa bir millət meydana gəlmişdir. Dunay bulqarları XI əsrə qədər türk idilər. Onlar VII əsrdən X əsrə qədər Bizans ilə döyüşlərdə zəiflədilər. Şimaldan gələn slavyanlar onların torpaqlarında məskunlaşıb çoxaldılar. Nəticədə Bulqar türk dövlətinin yerində Bolqar slavyan dövləti yarandı.

Akademik Marr yazır ki, qrabar və ya qədim erməni dili adlanan H`Ay dili sonrakı ermənilərin dili deyildir. Qrabar öz qrammatik quruluşuna görə aqqlyutinativ, aşxarabar flektivdir.

Qrabar hakim elitar nəsillərin, hərbi feodalların və xristianlığa qədərki kahinlərin dilidir. H`Ay dilinin şifahi forması, xüsusilə bəzi ləhcələrdə ozan adlanan qusanların və varsakların dili türk dillərinə daha yaxın idi. Qusan da, varsak da türk sözləridir. Eyni zamanda, ermənilərin indi N`Varsak adlandırdıqları Varsak şöhrətli türk nəsillərindən biri olmuşdur.

Xristianlığa qədərki qusan və varsak mahnılarının əlyazmalarında yüzlərlə türk sözü qalmışdır. Erməni dilinin dialektlərində onların çoxu olduğu kimi qalmış, ədəbi dildə sonralar xeyli dəyişdirilmişdir.

Koz- qoz ağacı və qoz meyvəsi. Qrabar mətnlərinin son variantlarında onu koyz kimi yazırlar.

Tut- tut ağacı və meyvəsi. Aran dilində də tut ağacına tut deyilir.

Bunduk- Aran və H`Ay dillərində fındıq ağacı. Erməni dilinin Qarabağ ləhcəsində fındığa pındıx deyilir.

Atma- vulkan. Bu adın kökündə türk dillərindəki at feili durur. Vulkan yerin altındakı odlu palçığı püskürdür, göyə atır.

Zud- Aran, H`Ay və İver dillərində süd. Qədim “İver salnaməsi”ndə süd zud kimi yazıya alınmışdır.

Bundan başqa “İlk əzabkeş Rajdenin kitabı”nda dayə anlamında mama zud +ze sözü var. Dayə keçmişdə yalnız körpə uşaqları tərbiyə etmirdi, həm də onlara süd verirdi.

Bambiş- çarica, zadəgan arvadı. Eyni zamanda müqəddəs Susikin gəlininin və katolikos Nersesin anasının titulu bambiş idi.

Akademik Abeğyan bambiş titulunu xanımlar xanımı mənasında izah edir. Bam da, biş də türk sözləridir. Biş baş sözünün azca fonetik dəyişikliyə uğramış formasıdır. Bam isə qadın deməkdir. Oğuz bəylərindən biri Beyrək çoxlu qadının əri olduğuna görə Bamsı titulu daşıyırdı.

Amşen- türk bəyləri ilə xristian qızların izdivacından yaranan nəsillər. İndi Türkiyədə onları Həmşin adlandırırlar. Am türkcə qadın deməkdir, şen erməni dilinin tarixi leksikasına sami dillərindən gəlmə sözdür. Hibrid amşenlərdən Amşenetsi soyadlı bir neçə “erməni” elm və din xadimləri çıxmışdır.

1915-ci ildə Osmanlılar erməniləri Suriyaya köçürəndə Amşen, Bambiş, Amışqa, Mamış kəndlərinin əhalisi yenidən İslam dinini qəbul edərək Türkiyədə qaldılar. Dedilər ki, biz xristian olsaq da, erməni deyilik. Bamsı Beyrəklə, Qanturalı ilə xristian qızların törəmələyirik.

Dənizdən dənizə ermənilərin etnik yaddaşında bir mif, nə zamansa yaşanmış duyğu kimi qalmaqdadır. Türklər isə o fütuhat ruhunu dünənə qədər öz real düşüncələrində yaşadırdılar.

Məlik şah Bizans qoşunlarını darmadağan edib, Aralıq dənizinə çatanda əmr etdi ki, dənizdən bir ovuc qum götürüb, atası Alp Arslanın Mərv şəhəri yaxınlığındakı qəbrinə səpsinlər.

Bu hadisədən bir-iki il qabaq hələ tamamilə erməniləşməmiş h`aylar Van gölü vadisində Səlcuq qoşunlarını duz-çörəklə qarşılamışdılar. Demişdilər ki, yunanlar xristian olsalar da, qanımızı içirlər. Bizi onların təcavüzündən xilas edin.

Mümkündür ki, ermənilər Türkiyə bu sürətlə güclənərsə və Rusiya tədricən zəifləyərsə, bir gün yenə qapımızı duz-çörəklə açacaqlar .

Yunanlar min bir əzabla sizi yunanlaşdırmağa, romalılar latınlaşdırmağa çalışdılar. İveriya katolikasu Kurion gürcü kilsəsini erməni kilsəsindən ayırdı. Nə üçün? Ona görə ki, siz əvvəlki h`aylar və əvvəlki baqrationlar deyildiniz. Kurionun zamanında baqratunilər dillərini və dinlərini unutmuşdular.

Gürcü baqrationları fəxrlə deyirlər ki, biz İudeya çarı Davidin ögey qızının övladlarıyıq, siz demirsiniz. Çünki cismən və ruhən dəyişmisiniz, həmin adamlar deyilsiniz.

İndi siz bizə deyirsiniz ki, Xəzər dənizinin o üzündən gəlmisiniz, sizi yenidən ora göndərmək lazımdır. Ancaq biz hələ də sizə deməmişik, ki siz də Aralıq dənizinin bəriki üzündən gəlmisiniz, sizi Fələstinin susuz çöllərinə göndərmək lazımdır.

Biz yaranışdan türk olmuşuq və türk olaraq qalırıq. Sizin isə yarınız türk, yarınız yəhudi idi. Əvvəl samiləşdiniz, sonra ariləşdiniz. 

Akademik Manuk Xaçaturovic Abeğyan demişkən hibrid genli, hibrid dilli bir millət oldunuz (Ətraflı məlumat üçün bax: İlhami Cəfərsoy.1. H`Ayların və armenlərin mənşəyi. Bakı, 2020; 2. İber və H`Ay folklorunda türk mifik təfəkkürünün izləri. Bakı, 2014).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar