YOL NİŞANLAMAĞA 22 MİLYON MANAT! – Azərbaycanda yeni tender çempionu peyda olub

Azərbaycanda tenderlərin və dövlət satınalmalarının çox vaxt dövlət vəsaitlərinin mənimsənilməsi vasitəsi kimi qəbul olunduğu heç kimə sirr deyil. Və bu fikrin formalaşmasına əsas verən kifayət qədər böyük sayda nümunələr mövcuddur. Çox vaxt tender keçirən qurumlar eyni şirkətlərlə “işləməyə” üstünlük verir və nəticədə şişirdilmiş, şübhəli rəqəmlər ortaya çıxır.

“AzPolitika.info” xəbər verir ki, son 3 ildə Bakı Nəqliyyat Agentliyinin (BNA) yolların işarələnməsi və xətlərin çəkilməsilə bağlı bütün sifarişləri «Yol Xətt» MMC-yə verilib. Sonuncu belə müqavilə 5.5 milyon manat dəyərindədir və 10 iyun 2020-ci il tarixində bağlanıb. Bu barədə məlumat verən FED.az «Yol Xətt» MMC-ni nəzərdə tutaraq bildirib ki, ölkədə «tender çempionu» aşkar edilib. «Tender çempionu» dövlət tenderlərində davamlı qalib gələn, tender predmeti üzrə sifarişlərin əksəriyyətini əlində cəmləyən şirkətə deyilir.

Növbəti belə şirkət «Yol Xətt» MMC olub. Bu şirkət yalnız yolların rənglənməsi – əl işləri və ya ağ və sarı xətlərin çəkilməsi ilə məşğuldur. Son 3 ildə «Yol Xətt» MMC Bakı Nəqliyyat Agentliyinin (BNA) bununla bağlı, eləcə də, yol nişanlarının alınıb quraşdırılması ilə bağlı çoxsaylı tenderlərinin qalibi olub.

Ümumilikdə 2017-ci ilin sonundan indiyədək bu şirkət BNA-nın 21,5 milyon manatlıq tenderinin qalibi olub. 

Beləliklə, «Yol Xətt» MMC-nin qazandığı tenderlər:

635x100

Şərhlər

t.ədalət 2020-06-11 20:15:10

Bəlkə də Cərimələrdən toplanan pullardır..

Raquv 2020-06-11 18:50:18

serefs|zler PREZ|DENT| aldad|b D0VLET mal|n| 0gurlay|rlar!B|r gun yeq|n 0nlarada n0vbe geler!|NSALLAH!

Yengibar 2020-06-11 17:41:27

Maraqlı adı var, yəqin tenderi udandan sonra yaradılıb, amma, elə bir başa TENDERUDAN da qoya bilərdilər....

Kərim 2020-06-11 17:01:47

Talançılar Söküb daşıyırlar

Son yazılar