HƏFTƏSONU QADAĞALARINDA DƏYİŞİKLİK EDİLDİ - Baş Nazir qərar imzalayıb

Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli 196 nömrəli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, qeyd olunan ərazilər üzrə sərt karantin günlərində fəaliyyət göstərəcək iş və xidmər sahələri artırılıb.

Qərasa əsasən, xəstəxanalar və təcili tibbi yardım müəssisələri ilə yanaşı, habelə dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər də fəaliyyət göstərəcək.

Bununla yanaşı, rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri də fəaliyyət göstərəcək.

Bu xidmətlə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstəriləcək.

Qərarla sərt karantin günlərində rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətlər göstərən kənd təsərrüfatı texnikalarının hərəkətinə də icazə verilir.

Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

635x100

Şərhlər

Əli 2020-06-18 18:27:14

14-16 iyun qurtarıb axı. Ayın tarixini də səhv deyirsiniz ay "savadlılar"

Araz 2020-06-12 13:33:10

Baş nazirin zəifliyi və bacarqsız şəxs olduğu hətta onun sifətindən bəlli olur.Bunu hansı məqsədlə təyin ediblər?

азиз 2020-06-12 13:08:13

с бакинской пропиской можно будет выехать в суботу набрань

Abuzər Babayev 2020-06-12 10:33:47

Savadsızlar bir yerə yığılanda qəbul etdikləri qərarların əsassız və yarıtmaz olacağı təbiidir.Ölkə bisavad nazirlər,icra başçıları.və qohum-qudalardan ibarət kadrlardan ibarət olanda başqa cür ola bilməz!Ona görə bütün sahələrdə köklü dəyişiklik edilməsə ölkənin talei qaranlıqdır.ukatəsadüfi qər

Həsən 2020-06-11 23:32:56

Bu dəfə həyətə çıxmağa qadağa qoymaq lazım deyil...

ejder 2020-06-11 23:26:21

ANALOQU OLMAYAN....

Eko 2020-06-11 22:43:01

men indi baqdayam novxanida .saat 22;40 Bûtûn yol quraqi restorannar aciqdi , yeyib iciller musiqi ile shenlenirler Sual diqurur cenab nazire ((( ne karantin ? ne saat 10 na kimi ? bu ne demeydi ? kim durur bunun arxasinda ?Indiden Teshekkûr ler.

t.ədalət 2020-06-11 21:41:33

Ayıbdır,Vallah,ayıbdır!Milləti dolayıblar.Hansı rayonda haqqını müdafiə etmək istəyənlər var,oranı karantin buxovuna salırlar.Nə vaxta kimi?

Son yazılar