“ZAVODU TALAN EDİB, HARASA DAŞIYIRLAR...” - Ramiz Mehdiyevin himayəsindən məhrum olan Rasim Məmmədov nə edir? + VİDEO

“Baku Steel Company”nin rəhbərinin “Bakı Poladtökmə” ASC-ni talan edib, “qənimətləri” gizli zavoduna daşıdığı bildirilir

Binəqədi rayonunda yerləşən “Bakı Poladtökmə” ASC-ni talan edirlər. İşin başında “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov dayanıb. Ramiz Mehdiyevi özünün mənəvi atası hesab edən Rasim Məmmədov “Bakı Poladtökmə” ASC-nin istehsala qayıtmasının qarşısını almaq üçün sarsıdıcı addımlar atır. ASC-nin səhmdarları belə iddia edirlər.

İyunun 11-də ASC-nin bir qrup səhmdarı baş verənlərə etiraz etmək üçün Binəqədiyə yollanıb. “Bakı Poladtökmə” ASC adlandırılan zavodda 1978-ci ildə fəhlə olaraq işə başlamış Mustafa Cəlilov deyir ki, zavoddakı dəzgahları, istehsal xəttlərini söküb harasa aparırlar: “Bu zavodda fəhlə olaraq işə başladım. Sonradan institutda oxudum, ali təhsil aldım, zavodda fəaliyyətimi davam etdirdim. Ev növbəsində olduğumuza görə zavoddakı işimizdən ayrılmadıq. Sovet hökuməti dağılandan sonra zavod dayandı, bizə səhmlər verildi. Bizləri də işdən çıxardılar. Zavod sonradan özəlləşdirildi və kollektiv üzvlərinə, səhmdarlara dividend verilməyə başladı. Sonradan zavodda rəhbərlik dəyişdi, bizlərə dividend verilməsi də dayandırıldı. Son 10 ildə bizi zavoda buraxmayıblar”.

Mustafa Cəlilov deyir ki, bu ilin mayında onları zavoda çağırıblar: “Dedilər ki, dəzgahlar, qiymətli avadanlıqlar "silinməlidir", harasa dağıdılıb aparılmalıdır. Amma yenə də bizi içəri buraxmadılar. Sonradan bilindi ki, zavoddakı nə dəzgah, istehsal xəttləri varsa, söküb harasa aparırlar. Biz əlaqədar təşkilatlardan xahiş edirik ki, bunun qarşısını alsınlar. Bizlər bu zavodun işçiləriyik, bura səhmlər qoymuşuq, biz də insanıq, Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Müharibə veteranıyam. Bizə kömək etsinlər.

Baş verən cinayətə bərabər qanunsuzluqlara etiraz edənlərdən biri də Fazil Hüseynovdur. O, uzun illər “Bakı Poladtökmə” ASC-də rəhbər vəzifələrdə işləyib. Digər etirazçı kimi o da 1978-ci ildə zavodda işə başlayıb. 35 il zavodda müxtəlif vəzifələrdə çalışan Fazil Hüseynov deyir ki, zavod gözləri qarşısında yüksəlib, sonradan məhv olmaq təhlükəsi ilə üzləşib. İndi də talanla üz-üzədir: “Sovetlər Birliyi dağıldı, əksər zavodlar kimi bizim zavodda da vəziyyət pisləşdi. 2003-cü ilə qədər demək olar ki, çox çətin günlər yaşadıq. Zavodun bircə sütunları idi, çünki satıb qurtarmışdlar. Həmin il Zülfüqarlı qardaşları zavoda gəldilər, sərmayə qoyub zavodu sıfırdan yenilədilər. Mən o dövrdə Kadrlar şöbəsinin rəisi işləyirdim. Zavod 2-3 ilin ərzində dirçəldi, istehsal gücünü hər ötən gün artıra bildi. Bu müddət ərzində 1000 nəfərə yaxın işçi zavodda çalışmaqla əmək haqqı alır, dividendlər ödənirdi. İstehsal sexləri, oksigen sexi tikildi, Amerikadan, Hindistandan, Türkiyədən və başqa ölkələrdən ən müxtəlif avadanlıqları alıb ölkəyə gətirib bu zavodda quraşdırdılar. Təsəvvür edin ki, zavodun sovet dövründə illik istehsalı min ton idi. 2-3 il ərzində istehsal gücü 150 min tona çatdırıldı. Zavodda işçilər yaxşı dolanırdı, sosial məsələlər həll olunmuşdu”.

Fazil Hüseynov deyir ki, zavodun qara günləri 2011-ci ildən başlayıb: “Rasim Məmmədov öz komandası ilə zavoda daxil olub güc vasitəsi ilə sahib oldular. Bu gün 2020-ci ilin iyunudur. Ötən müddət ərzində səhmdarı oduğum zavoda 1 dəfə olsun buraxılmamışıq. 26 may 2020-ci ildə bizə çağırış vərəqələri göndəriblər. Gəlmişik, iclas keçirilməlidir. İclasın gündəliyində oan əsas məsələ zavodun əsas vəsaitlərinin silinməsidir. Gör zavod nə hala gəlib ki, 1000 nəfərlik kollektivi, istehsal gücü 150 min ton olan zavodu məhv edirlər. Biz Azərbaycan dövlətinə, jurnalistlərə müraciət edirik. Gəlin zavoda girin, zavodun içində olan bahalı avadanlıqlar məhv olunur, istehsal sexləri var ki, Amerikadan, Türkiyədən gətirib quraşdırmışdılar, onları da söküb aparırlar. Böyük kranlar var ki, qiymətləri 300-400 min manatdır, onları artıq söküb aparıblar. Fasiləsiz xətt vardı, qiyməti milyonlarla idi, onu da söküb aparıblar. Bu gün zavodun bütün işlək avadanlıqlarını söküb aparırlar. Zavod quru sütunların üstündə qalıb. Biz əlaqədar qurumlardan xahiş edirik ki, məsələyə müdaxilə etsinlər. Rasim Məmmədov 10 il ərzində bu zavodu sökdü, əvvəlini yedi, bizə də dividend vermədi, indi də söküb aparır, yenə pul vermir. Biz səhmdar olaraq hüquqlarımızın bərpa olunmasını tələb edirik. Azərbaycan dövlətindən xahiş edirik ki, bu işdə bizə yardımçı olsun”.

Digər səhmdar deyir ki, o da digər səhmdarlar kimi illərdir ki, “Bakı Poladtökmə” ASC-dən dividend ala bilmir: “2003-cü ildə zavod özəlləşəndən sonra 2 dəfə dividend veriblər. Sonradan zavod Zülfüqarlılardan alındı, bizə dividend verilməsi də dayandırıldı. Axırıncı dəfə də çağırıb dedilər ki, zavod ziyanla işləyir, dividend vermirik. Mən də sual verirəm – zavod ziyanla işləyirsə, özlərinə 2-3 min manat maaşı necə yazıb alırlar? Mən zavoda rəsmi olaraq yazmışam ki, cavab versinlər bilək, zavodun gəliri, çıxarı nə qədərdir, işçilərə nə qədər əmək haqqı verirlər? Bizə cavab verməkdən yayınırlar. 35 il bu zavodda işləmişəm. Səhmdarıyam zavodun. Bizim dividendlərimizi versinlər".

Şurayə Nəzərəliyeva da “Bakı Poladtökmə” ASC-nin həm səhmdarı, həm də zavodun işçilərindən olub. O, baş verənlərə dövlətin qarışmasını, zavodun talanmasının qarşısının alınması istəyir: “Dünən özüm buradan keçəndə gördüm ki, zavoddan dəzgahlar yüklənmiş maşınlar gedirdi. Bu maşınlar zavoda niyə girir? Əmlakı hara aparırlar? 1 deyil, 2 deyil yük maşını. Zavodu daşıyıb aparırlar. Dövlət bunun qarşısını almalıdır. Bizlər bu zavodda can qoyan insanlarıq. Bizi dəfələrlə bura çağırırlar, qapı dalında qalırıq, heç kim bizi qəbul etmir. Biz haqqımızı tələb edirik. Bunun pulu yoxdursa, səhmdara verə bilmirsə, o yekə bığıburma 10-15 nəfəri zavodda niyə saxlayır? Dəmir-dümürə oğru gələcək? O pulu elə bizə versin də, burada can qoymuşuq”.

Şurayə Nəzərəliyeva deyir ki, 2 dəfə dividend alıb: “Bizə Zülfüqarlı qardaşları dövründə dividend verildi. Amma sonra bizə pulumuzu vermədilər. Gəlirik, deyirlər ki, ziyanla işləyirik, borcumuz var. İş yoxdursa, orada binada o qədər adamı niyə saxlayır? Niyə qapıda o qədər mühafizəçi var?”.

Belə məlumatlar var ki, “Bakı Poladtökmə” ASC-dən talan olunan dəzgahlar, istehsal xətləri Rasim Məmmədovun Suraxanı rayonunda yerləşən və “Steel Company” adlandırılan gizli zavoduna daşınır.

Belə aydın olur ki, Rasim Məmmədov “Baku Steel Company”dən birdəfəlik uzaqlaşdırılacağı zamanı göz altına alıb və özünə ehtiyat variant hazırlayıb. Belə olmasaydı, “Baku Steel Company” kimi böyük bir zavoda rəhbərlik edən Rasim Məmmədovu Suraxanıda eyniprofilli zavod saxlamağa nə vadar edib? Bəli, səhv eşitmədiz, Rasim Məmmədov Suraxanı rayonu ərazisində böyük bir zavod saxlayır və həmin zavod “Steel Company” adlanır. 2011-ci ildə sahiblərindən zorla alınan “Bakı Poladtökmə” ASC BSC-nin sərəncamına ötürülüb. 

Rasim Məmmədov uzun illər qara metallurgiya sənayesini nəzarət altında saxlamaq üçün əlindən gələni edib. Eyniprofilli zavodlara reyder hucumlarına başçılıq etməklə, istehsal xətlərini sıradan çıxarmaqla, bu sahədə fəaliyyətdə olan sahibkarları həbsə aldırmaqla, qorxutmaqla, bu məqsədə böyük mənada nail ola bilib. Rasim Məmmədovun qanunsuzluqları haqda yazan jurnalistlərin məhkəməyə çəkilməsi, redaksiyaların ağır cərimələr ödəməyə məhkum olunması da nəticə etibarilə azad medianın boğulmasını şərtləndirib. 

Rasim Məmmədovun bu cür addımları uzun illər onun himayədarı olduğu bildirilən Ramiz Mehdiyevin hesabına araşdırılmamış qalıb. Bir müddət əvvəl Ramiz Mehdiyev vəzifədən uzaqlaşıdırılıb və Rasim Məmmədovun mənəvi atasının kreslosunu itirməsi onun narahatlığını artırdığı bildirilib. Buna görə də hazırda istehsal gücünü qısa müddətdə bərpa edə biləcək bütün zəbt olunmuş zavodlarda, sexlərdə talançılıq davam edir. Rasim Məmmədov qənimət kimi əldə etdiyi dəzgahları, kranları, istehsal xətlərini özünün zavoduna daşıtdırır. Düşünür ki, bu yola uzun müddət inhisarçı mövqeyini qoruyub saxlaya biləcək.

Rasim Məmmədov Bakıda metallurgiya zavodlarına və sexlərinə hucum etdiyi günlərdə Suraxanıdakı zavodu qurub. Orada illərlə 3 növbəli iş rejimi tətbiq olunub.

Yada salaq ki, Rasim Məmmədov 2010-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda metallurgiya sahəsini inhisara almaq üçün hərəkətə keçib. Ötən illər ərzində buna əsasən nail olub. Onun rəhbərlik etdiyi "dazbaşlar dəstəsi" metallurgiya ilə məşğul olan sahibkarların obyektlərinə reyder hucumları edib, işi məcburi qaydada dayandırıblar. Sahibkarların qara metal ehtiyatları qanunsuz olaraq əllərindən alınıb, metal istehsal edən avadanlıqlar sökülərək “Baku Steel Company”nin sobalarında əridilərək məhv edilib.

Metallurgiya sahəsindəki rəqibləri sıradan çıxarmaqla, həbsə aldırmaqla Rasim Məmmədov əsasən bu sahəni inhisara ala bilmişdi. Onu daha çox metallurgiya obyektlərinə basqın edən dəstəsinin başçısı kimi tanıyırlar. Qalır hüquq-mühafizə orqanlarının illərlə metallurgiya sahəsində baş verənlərə adekvat hüquqi qiymət vermələri üçün hərəkətə keçmələri. Belə görünür ki, o gün də uzaqda deyil…

635x100

Şərhlər

Faydası Varsa Yazaq 2020-12-10 04:59:38

Heç narahat olub vicdan əzabı zad çəkməsiler INSHALLAH Dəmirden olan rüşvətin elə Dəmir kimi bir sonluğu olar...

Aydın Muradov 2020-06-16 09:25:51

Bu Rasim deyilən adam (!?) həbsxanada oturmayınca Azərbaycana bir normal investor bir qəpik qoymaz. Rasim Azərbaycanın, yəni Ramiz Mehdiyev dövrünün rəmzidir: normal ölkələrdə zavodların səhmləri birjada əl dəyişir, Rasim kimi mütəşəkkil cinayət ünsürlərə səhmlərin əl dəyişmə mexanizmini avtomat “AK-47” vasitəsilə həyata keçirilməsinin rəmzidir.

Moshu 2020-06-15 14:57:45

Söhbət konkret Ramiz Mehdiyevdən getmir. Hamının yaxşı yadındadır, bu şəxsin adı gələndə çoxları yuxusunu qarışdırır, hərdən pampersini dəyişmək məcburiyyətində qalırdı, bir çoxları onunla üz-üzə gələrək onunla görüşməyi özünə şərəf bilərdi. Açığı, bunun şahidi olmuşam ki, dünyada elə millət varmı belə vəzifə düşgünü ola? Sözün düzü xatırlaya bilmirəm. Ramiz Mehdiyevin Azərbaycanın, azərbaycan xalqı qarşısında nə kimi xidmətləri olmuşdur ki, o, bu qədər xatırlanır? Bilridiyim qədər Ramiz Mehdiyev bu ahıl yaşında yenə də Azərbaycanı çalxalamaqda davam edir. O, elə toxum səpib getmişdir ki,bu cücərən toxumlar çox acı məhsullar verir və bu xalqı zəhərləyir. Belə təsəvvür yarana bilər ki, o, getdi və bununla bütün məsələlər öz həllini tapdı. Əsla belə deyil. Onun səpriyi toxumlar bu gün də öz acı nəticələrini verməkdədir. Bir o qədər də savadı olmayan birisi misal çəkdi. Ayağı çarıqlı, qaloşlu birisi hansısa səbəbdən əlinə imkan düşür, milyonlar sahibi olur və bu insancığaz özünü zəngir hesab edir, villalar tikir nə bilim nə qələt edir, amma 40 il onun ayağının iyisi onun nəinki ayağından, heç canından da getmir. Hansısa Zeynalabdin Tağıyev kimi zəngin müflisləşir, bütün varı-dövləti əlindən çıxır, dilənçi genenə düşür, lakin onun o zənginliyi canından çıxmır, o elə zəngin olaraq qalır. Səhv etmirəmsə, qızı Sara xanım türmədən çıxıb evləri tərəfə gedirmiş, qarnı ac, libası da cırıq-cırıq. Bir yeməkxananın yanından keçərkən yemək iysi onun burnuna dəyir və məcburən yeməkxanaya girir, masalarda birinin arxasında oturub yemək istəyir. Yeməkxananın müdiri bu xanımın əyin-başına fikir verir və nə fikirləşirsə ona yemək verir. Sara xanımın yemək yeməyi yeməkxananın müdirinin diqqətini çəkir. Çəngəl-bıçaqla yemək yeməyi bu xanımın qətiyyən üst-başına uyğun deyildi. Çox çək-çevirdən sonra məlum olur ki, bu hansısa dilənçi deyil, məşhur Zeynalabdin Tağıyevin qızı – Sara xanımdır. Yəqin ki, fikrim oxucuilara tam aydın oldu. Bu gün Prezident Əliyevin apardığı quruculuq işləri çoxlarının ürəyincədir. İcra başçıları ilə bağlı, Mədəniyyət naziri də başda olmaqla nazirliyin əməkdaşları ilə bağlı sərt tədbirlər, korrupsiyaya qarşı mübarizə hamımızın cənab Prezidentən gözlədiyimiz addımlardır. Ancaq hesab edirik ki, bu yetərli deyil, bütün bunlar görüləcək işlərin heç beş faizi də deyil. Prezident Administrasiyasında ciddi islahatlar aparılmalıdır. Orada məskunlaşan məmurların əksəriyyəti Ramiz Mehdiyev və Əli Həsənovun xeyir-duası ilə orada pərçimlənmiş adamlardır və onlar heç baxt İlham Əliyevə xidmət etməyəcəklər, baş üstə deyəcəklər, heç nə üstə olmayacaq. Prezident Administrasiyasından bir nəfərin yaxını dünyasını dəyişmişdi, mən də təsadüfi o məclisdə olmuşdum, Mərasim zalından kənarda bir zal tutacaq qədər də adam gözləyirdi. Süpürgəçi Fatmanisədən başqa hamı, bütün respublika orada idi. Hərbi xidmətdə olduğu kimi bütün zal ayağa durdu, nazirlər, generallar və s. və i.a. Ay cənab Prezident, cənə qurban olum bax bu tör-töküntülər bu gün Sizi əhatə edir. Harada görünüb ki, polis evində yatmaqda davam edən Azərbaycan vətəndaşını yarıçılpaq vəziyyətdə arvadının, oğlunun, qızının, nəvəsinin yanında döyə-döyə evindən sürüyə-sürüyə aparsın və bu görüntüləri özləri çəkib sosial şəbəkələrdə yaysınlar. Bu hərəkətlər Sizə qarşı birbaşa təxribatdır. Bu KRISANI (SİÇOVULU) müəyyən etmək artıq Sizin vəzifənizdir. Bu mənim ürəyimin fəryadı idi. Qaldı “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədova. İllərdir ki, bu başabəla qəhrəman barədə saytlarda silsilə yazılar gedir amma buna heç cür reaksiya verilmir, verilmədiyi halda isə ölkə rəhbərliyinə qarşı inamsızlıq yaranır. Heç olmasa indi bu oliqarxcıq barədə hüquq mühafizə orqanları öz sözünü desin, yəqin ki, onun mənəvi atası ona öz köməyini edə bilməyəcək.

Ağayev Ağahüseyn 2020-06-14 04:58:55

Rasimi də inişalla QARAMASKALILAR apararar....

Elvin Abbasov 2020-06-13 21:12:09

Men inaniram ki , dovletimiz bu qanunsuzluga ozbashnaliga son qoyacaq...

Elvin 2020-06-13 21:09:50

Men inaniram ki , dovletimiz bu qanunsuzluga ozbashnaliga son qoyacaq...

Ödənməyən işçi haqları 2020-06-13 18:44:06

Sərdarovmaş da parça-tikə özəlləşir? Əmma,2004dən qalan maaşlar tam ödənmir?

Elxan Sahbazov 2020-06-13 17:49:57

INDIKI BU AQIR VEZIYETDE ISLEYEN ZAVODU DURDURUB ISCILE COLUOLE ATIB OZ SEXSI MENAFEYINE GORE ISLEYEN ZAVODU TALAYIB XARABA QOYMAQ OZU BIR CINAYETDIR

Sahbazov Elxan 2020-06-13 17:34:22

Cox tessuf bu öz basinaqliqa goz yumurlar xahis edirik onu dayandirin

Elxan Sahbazov 2020-06-13 17:29:20

Bu Rasim Memedovu Goresen durduran Olacaq ? ONUN HEREKETLERI BIRBASA DOVLETE QARSI TEXRIBATDIR XAHIS EDIRIK ADIYETI QURUMLARDAN BU HAQDA TEDBIR GORUB RASIM MEMMEDOVU DURDURSUNLAR

Elxan Sahbazov 2020-06-13 17:27:37

Bu Rasim Memedovu Goresen durduran Olacaq ? ONUN HEREKETLERI BIRBASA DOVLETE QARSI TEXRIBATDIR XAHIS EDIRIK ADIYETI QURUMLARDAN BU HAQDA TEDBIR GORUB RASIM MEMMEDOVU DURDURSUNLAR

Oruc 2020-06-13 16:57:31

Qarın gözdən qanacaqlıdır,heç olmasa doymaq qabiliyyəti var.Rasim və onun havadarlarının da doymaq qabiliyyətləri yoxdur....Bir gün etdiyiniz haqsızlıq qapınızı döyəcək onda kim olduğunu dərk edəcəksiniz.Onda kim arxanda duracaq ay Rasim və Rasim kimilər.İnşallah haq zəfər çalacaq və onun ışığında Zulfüqarlı qardaşları olacaq.Allah bu çətin və şərəfli yolda sizlərə yar olsun.Amin. çətin

Ağayev Ağahüseyn 2020-06-13 16:55:55

Rasm bəy sən öl səni tutacaqlar....

Hikmet 2020-06-13 16:54:57

Allah belalarini vercek Inshallah

Tural Əlizadə 2020-06-13 16:52:42

Bu haqsızlıq çox uzun müddətdir ki, davam edir. Bu Rasim Məmmədovun özbaşınalıqlarına nə vaxt son qoyulacaq? Bir insanın özbaşınalıqlarına nə qədər göz yummaq olar?

Ad Soyad 2020-06-13 16:50:21

Bu yaman çox hoqqa verir.Artıq elinin ayağının yığılma vaxtıdı

İlhamə 2020-06-13 16:48:29

Rasim Məmmədovun hökmranlığının tez bir zamanda bitməsini istəyirəm.

Qədirli Hacıağa 2020-06-13 16:47:04

Meydanı boş görüb qoçulananların axırı Cənab Prezidentin apardığı siyasətlər nəticəsində gələcək

Gulzar 2020-06-13 16:44:20

Ümid edirik ki, haqq edalet gec-tez öz yerini tapacaqdır

Pərviz 2020-06-13 16:43:50

Cox təəssüf ki bele insanlar var hansiki yalniz öz mənfəətlərini düşünürlər və xalqi viran günə qoyurlar.

Ramiz 2020-06-13 16:40:59

iqtisadiyatin uz qarasi iqtisadi terror

Kenan.H 2020-06-13 16:39:07

Haramınız olsun Insallah

Kenan.H 2020-06-13 16:38:46

Haramınız olsun Insallah

Amirkhan Guliyev 2020-06-13 16:38:38

Sonda bu insanin aqibetini butun millet gorecek cox bir az zaman qalib

Əli 2020-06-13 16:18:27

yəqin bahalı dəzgahları əridib armatur istehsal edirlər .

Səməd 2020-06-13 15:08:44

halgin düşmanlaridi bunlar

Ceyhun Memmedov 2020-06-13 14:43:19

.. çox təəsüf ki bu özbaşınalığa göz yumur lar. Heç kəs dərk etmirki bugün belə

yunis 2020-06-13 14:41:35

Qoçuluq zamanının sonu çatıb.Haqq ədalət tezliklə gələbə çalacaq

FAZİL 2020-06-13 14:29:02

bU RASİM MƏMMƏDOV BİR BƏLA OLUB KECİB XALQIN BOĞAZINA.GÖRƏSƏN ONU KİM DAYANDIRACAQ!

Qonşuya tən gərək 2020-06-13 13:05:31

Sərdarov texnoloji kompleksi də 15 ildir ƏK ilə parçalanın sahilə, rayona daşınır?

Sabir 2020-06-13 13:05:21

Yэqin Ermэnistana daçıyırlar ...

Seçici vətəndaş 2020-06-13 12:45:37

Pulunuzu niyə qiyməti 5-10 qat baha neft-qızıl mədənlərinə qoymamısınız?

Son yazılar