“BƏLKƏ DƏ ARTIQ BİR YERDƏDİRLƏR...” – Ramiz Mehdiyev və Əli İnsanovla bağlı sensasiyalı açıqlama

“Əli İnsanovun “vurulmasında” Ramiz Mehdiyevin xüsusi yeri və rolu olub”.

Bu sözləri Yenisabah.az-a Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı deyib.

AVP sədrinin sözlərinə görə, Əli İnsanovun həbs olunduğu dövrü xatırlayanlar Ramiz Mehdiyevlə sabiq səhiyyə naziri arasındakı münasibətlərin düşmənçilik həddində olduğunu yaxşı bilir. “Əli İnsanovun indi bunların üstündən xətt çəkərək baş verənləri Prezident İlham Əliyevin üzərinə yönəltməsi konyukturadır.

Ramiz Mehdiyev Əli İnsanovun davranışlarıni qəbul etmirdi. Eyni zamanda Əli İnsanov da onun mövqeyini bölüşmürdü. Bu iki şəxs arasında münasibətlər kifayət qədər gərgin idi. O dövrdə bu barədə mediada da çox yazılıb. Bununla bərabər, hesab edirəm ki, Əli İnsanov özü həbs yolunu seçdi. Onun 2005-ci ildə Rəsul Quliyevlə birgə dövlət çevrilişi planının içində yer alması faktdır. Bunu danmaq mümkün deyil. O, özü də 2005-ci ildə Prezidentə yazdığı yalvarış dolu məktubunda bunu etiraf edib. Ciddi səhvə yol verdiyini bildirib. Həmin məktib KİV-də də dərc olunub. Bunları unutmaq olmaz. İndi Əli İnsanovun olanları təkzib edərək Ramiz Mehdiyevi özünə dost bilməsi onu tanıyanlar və proselərdən xəbərdar olanlar arasında qeyri-ciddi qəbul olunur. Bu da əlbəttə ki, Əli İnsanovun nüfuzuna ciddi zərbə vurur”, - deyə Fəzail Ağamalı vurğulayıb.

Deputat Əli İnsanovun Ramizə Mehdiyev haqqındakı xoş sözlər səsləndirməsinin səbəbləri barədə maraqlı ehtimal irəli sürüb. “Bəlkə də onlar artıq bir yerdədirlər və bu baxımdan Əli İnsanov Ramiz Mehdiyevlə aralarında olan kəskin münasibətlərə “mala çəkir”. Hər halda Əli İnsanov vaxtilə düşmən olduğu Ramiz Mehdiyevi tərifləyirsə, ya onun xoşuna gəlmək istəyir, ya da bu şəxslər artıq bir yerdədirlər”, - deyə Fəzail Ağamalı vurğulayıb.

Partiya sədri Əli İnsanovun fəallaşması, regional qrupları ətrafına çəkməyə cəhd göstərməsi barədə mülahizələrə də toxunub: “Mən Əli İnsanov haqqında fikirlərimi söyləmişəm. Hər hansı siyasi partiyanın yaranması və onun cəmiyyətə töhfə verməsi təbii ki, onu yaradan şəxsin siyasi keyfiyyətləri ilə birbaşa bağlıdır. Əli İnsanov Ümumilli lider Heydər Əliyevin komandasında olub. Daha sonra komandaya xəyanət edərək dövlət çevrilişinə cəhd göstərib. Fikrimcə, bu, onun siyasətçi olaraq formalaşmasına mane olan əsas faktorlardandır.

Əli İnsanov həbsxanadan çıxdıqdan sonra çox aqressiv şəkildə fikirlkərini ortaya qoydu. Ciddi iddialarla çıxış edəcəyini önə çəkdi. Amma görünən o idi ki, Əli İnsanov baş verən hadisələrlə bütün dərinliyi ilə tanış deyil. Sadəcə emosional şəkildə fikir söyləmək siyasətdə söz sahibi olmaq üçün əsas deyil.

Əli İnsanov ətrafına çoxlu adamlar toplamaq ümidində idi. Amma bu baş vermədi. Bildiyim qədər ictimai siyasi- mühitdə kifayət qədər nüfuzu olan insanlardan onun yanında bir kimsə yoxdur.

Əli İnsanovun siyasətdə ciddi və həlledici rolu görünmür. Azərbaycanda çoxsaylı müxalifət partiyaları var. Onların liderləri arasında Əli İnsanov çox zəif görünür. Bu fikirlərim Əli İnsanova qərəzim kimi başa düşülməsin. Sadəcə görünən budur”.

635x100

Şərhlər

zaur 2020-06-16 09:44:03

Bəs deyirdiniz müxalifət yoxdur? İndi də deyirsən ki, Əli İnsanov müxalifət liderləri arasında zəif görünür.Ay səni pələ bığ))

Moshu 2020-06-15 22:40:10

Azərbaycanda çox qəribə və əcaib tendensiya yaranıb. Kimsə birisi vəzifədə olarkən hamı onu vəsf edir, az qala milli qəhrəman səviyyəsinə qaldırır, vəzifədən kənarlaşdırıldıqdan sonra onu o yüksəklikdən yerə elə vururlar ki, elə bil heç belə adam ümumiyyətlə həyatda olmayıb. Qaldı Ramiz Mehdiyev Əli İnsanov birliyinə. İngilislərdə gözəl misal var: bizim daimi düşmənimiz, daimi dostumuz olmayıb, bizim daimi maraqlarımız olub. Bu insanların daimi maraqları olub. Maraq olan yerdə dostluq, qohumluq və s. münasibətlər olur. Bu hər iki insan artıq ahıl yaşlarındadır, yığıb-yığışdırdıqları kifayət qədərdir, onların nəinki nəvələrinə, nəticələrinə və kötükcələrinə də bəs edər. Bu 10 milyonluq əhalini qarşı-qarşıya qoymaq nə dərəcədə insanlığa yarayır? Bu iki şəxs elə zəhərli toxum səpiblər ki, ondan əmələ gələn məhsullar bu xalqı zəhərləyir, insanlar arasında nifaq salır, satqınlıq qəhrəmanlıq səviyyəsinə qalxır, insanlarda müqəddəs heç nə qalmır. Mən hər yazımda ölkə başçısının apardığı xətti dəstəkləmişəm və bu yolu davam edəcəyəm. Ramiz Mehdiyevlə Əli İnsanova bağlı insanları Administrasiyada da, Nazirlər Kabinetində də, Milli Məclisdə də, nazirlik və komitələrdə hamı tanıyır. Ən çox kadrlar Administrasiyada məskunlaşıb, ölkənin taleyi dı burada həll olunur. Odur ki, təmizləmə işləri buradan başlamalıdır. Onların çoxunu elə mən savadsız tanıyıram. Korrupsiyanın mənbəyini o məmurlarda axtarmaq lazımdır. Bu hər iki “ağsaqqal”a da təklif etmək lazımdır bu xalqdan oğurladıqlarını büdcəyə qaytarsınlar və bu hazırda vəzifədə olan nazirlərə, komitə sədrlərinə, icra başçılarına bir mesaj olsun. Dəfələrlə təkrar etmişəm və edirəm: istənilən əməl cəzasız qalmamalıdır. Bu vəzifədən azad olmuş nazirlərə və icra başçılarına da şamil olunmalıdır....

Demosfenin nəzərinə 2020-06-15 17:07:23

Əli Əhmədov indi patronajlıq etdiyi icra hakimlərindən, nazir müavinlərindən və səfirlərdən yığdıqlarını xımır-xımır yeməklə məşğuldur....Sonrası da, necə deyərlər, Allah kərimdir....

Emin 2020-06-15 08:55:38

Bu ahıl yaşa gəlmiş və yetərincə Maddi vəsaitə sahib olan şəxslər ,niyə gedib bodrumda bir villada rahat həyatlarını sürürlər.

Oxucu 2020-06-14 21:29:15

Fəzail! Sən Ramiz Mehdiyevin tay-tuşu deyilsən. ...

demosfen 2020-06-14 16:46:36

Görəsən, həm həm Mehdiyevə, həm də İnsanova qarşı qap-daxili intriqalarda istifadə edilmiş Əli Əhmədov bu baş verənlər haqda nə fikirləşir?

müəllim 2020-06-14 13:55:07

Dirnaqarası yaraşıq

Sadiq 2020-06-14 13:54:51

Bu meqalede adlari cekilen adamlar ve fezail ozu de eyni desteye mansubdurlar ve bir maqsad uchun chalishirlar

Yəni, KİMdir? 2020-06-14 10:36:36

Hansı PARTİYA qəti Qarabağ bəyanatı verib? Dəstələnən ZOrucun dal üzü?

t.ədalət 2020-06-14 08:23:08

Yaş artdıqca keçmişi zədəli olan insanların iyrənc əməlləri çoxalır.

Omer 2020-06-14 03:28:54

Beli bu fezail bey nece illerdiki milli meclisdedi. Aile pertiyasi VAR. Ozude esas fexr etdiyi ilkleri ilk defe namized kimi ireli surmekdir. Olsun.. MM feal uzvudu. Amma butun bunlar fezail beye bu iki neheng alime nese demeye bes elemir. Cunki bu iki alimimizin dunyada, yeni elm aleminde yeri fezail bey ucun elcatmazdir. Umumen men hesab edirem ki fezail bey artiq hadi bey kimi musteqil olmalidi, ve ugurlar dileyirem

Musa 2020-06-14 01:39:22

Bu deputat Miııi meclisin yaraşığıdır.Bilinmir bu adam muxalşfet ve ya iqtidar partiyasıdır. Qardashim duz xarakterize etmisen, bu bugelamundur. ...

elxan 2020-06-14 01:08:17

Haran ağriyir Fazayıl sən hələ salamatsanmı ...

ejder 2020-06-14 00:45:05

BU ,,AKADEMIK,, ... QOXUMUDU....

Valeh 2020-06-13 22:51:34

Seçiciləein qovduğu adamın Milli Məclisdə oturdulması düz deyil....

Alim 2020-06-13 18:01:30

Ebulfez Elcibey deyirdiki, Fezayil yoldashin dediklerine inanmaq olmaz. Raziz Mehdiyevin deyirler bashi akademiklere ev vermekle qarishiqdir. Presidiumun uzvulerine sheherin merkezinde tikilen elit binalardan evler hediye etmek haqqinda cenab presdente muraciet edibler. Neynemek olar presidumun uzvulerinin her biri en azi resmi olaraq uc yerden yuksek mash alir, ustelik akademik kimi yer ay 2000 manat da ianesini ve yaxud paketini alir. Son dovurlerde AMEA-nin ustune ishtimayetden boyuk ginaq var. Lakin hemin insanlar bilmir ki, akademiyanin ishcilerinin maashi orta mekteb muallimlerinden ashaqidir. Presdente iki defe akademiyada emek haqqlarini artirmaq barede ferman verdiribler, her iki qeraqrda Akademiyanin Presidumunda calishanlara aid olub, yerde qalanla ise shudra-mudra hesabindadir, ona gorede hec kimi ilme gelmir ve elm bataqliga donub. Xahish edirik presdent aparatinda oturan bu saheye mesul olan shexsler lazimi informasiyani olke bashcisina catdirsin.

Alim 2020-06-13 18:01:30

Ebulfez Elcibey deyirdiki, Fezayil yoldashin dediklerine inanmaq olmaz. Raziz Mehdiyevin deyirler bashi akademiklere ev vermekle qarishiqdir. Presidiumun uzvulerine sheherin merkezinde tikilen elit binalardan evler hediye etmek haqqinda cenab presdente muraciet edibler. Neynemek olar presidumun uzvulerinin her biri en azi resmi olaraq uc yerden yuksek mash alir, ustelik akademik kimi yer ay 2000 manat da ianesini ve yaxud paketini alir. Son dovurlerde AMEA-nin ustune ishtimayetden boyuk ginaq var. Lakin hemin insanlar bilmir ki, akademiyanin ishcilerinin maashi orta mekteb muallimlerinden ashaqidir. Presdente iki defe akademiyada emek haqqlarini artirmaq barede ferman verdiribler, her iki qeraqrda Akademiyanin Presidumunda calishanlara aid olub, yerde qalanla ise shudra-mudra hesabindadir, ona gorede hec kimi ilme gelmir ve elm bataqliga donub. Xahish edirik presdent aparatinda oturan bu saheye mesul olan shexsler lazimi informasiyani olke bashcisina catdirsin.

oleq 2020-06-13 17:57:48

fəzaili ona görə orada saxlayırlar ki.....söydürülsün

pensioner 2020-06-13 17:13:18

FLYUQER

[email protected] 2020-06-13 14:46:51

Bu adam 3 nəfərdən ibarət adi müxalifət olub özü Yap-a bəh-bəh deyən ....

Mubariz 2020-06-13 14:28:43

Nankorluq etmə , o vaxt MM -ə səni elə R.Mehdiyev yerləşdirib,hamı bilirdi ki , MM -in siyahısı R. Mehdiyev tərəfindən hazırlanırdı .

Sahib 2020-06-13 13:51:18

Bu Fəzail hamının bostanına daş atır. Yetənə yetir yetmiyənə də bir təpik atır Siyavuş kimi

Eli 2020-06-13 13:49:17

Bu deputat Miııi meclisin yaraşığıdır.Bilinmir bu adam muxalşfet ve ya iqtidar partiyasıdır

Son yazılar