ƏLİ İNSANOVUN AXIRINCI LENTİ – “Qocanın nöqsanını demək faydasızdır...”

Etibar ƏLİYEV

Əli İnsanov son müsahibəsində Ramiz Mehdiyevlə bağlı maraqlı məsələlərə toxunub. Onun AMEA prezidentinə münasibəti xeyli təəccüb doğurur. Əli İnsanovun həbsinə qədər onların münasibətini hətta taksi sürücüləri də bilirdi. Onun dedikləri: “Ramiz Mehdiyevlə zaman-zaman şəxsi münasibətimiz olub. Ramiz Mehdiyev böyük təcrübəyə malik bir insandır. O, heç zaman nəyəsə qərar verməyib. Ancaq tapşırığı yüksək səviyyədə icra edə bilər. Ramiz Mehdiyevlə heç zaman kəskin qarşıdurmamız olmayıb. Həbsimə qədər Ramiz Mehdiyevlə salam-kalamım olub. Bir-birimizə hörmət bəsləmişik. Mənim həbsimdə Ramiz Mehdiyevin rolunu qətiyyətlə inkar edirəm.”

Əli İnsanov müsahibəsində akademik Ramiz Mehdiyevin kurasiyasında olduğu Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən necə xaric olunmasından danışmadı. Ramiz Mehdiyevlə münasibət yaxın idisə onda onun akademik titulunun götürülməsi prosedurunda niyə heç olmasa bir akademik bitərəf qalmadı? Yaxud özünü xəstəliyə vurub iclasda iştirak etmədi?

Əli İnsanov yaşının bu vaxtında absurd teatr qurur. Baş rolda da özü oynayır.

Absurd teatr demişkən, ona bu teatrın banilərindən biri, Nobel mükafatı laureatı Semuel Bekketin «Kreppın axırıncı lenti» pyesini oxumağı tövsiyə edərdim.

Pyesdə yeganə personaj, ömrünün son günlərini yaşayan qoca özünün 30 il əvvəlki monoloqlarına qulaq asır. O, axırıncı monoloqunu da maqnitofona yazmağa cəhd göstərir. Lakin pyes tam sükutla başa çatır.

Kreppın son monoloqu belədir: “Bununla da, mən öz lent yazımı bitirirəm. Qutu (pauza)” üç, babin (pauza) beş. Ola bilsin ki, mənim ömrümün ən gözəl illəri ötüb keçdi. Hələ xoşbətliyə gümanım olanda ötüb keçdi. Amma mən o illəri geri qaytarmaq istəməzdim. Yox. İndi həmin atəş mənim içimdə olduğu bir vaxtda belə istəməzdim. Yox, mən o illəri geri qaytarmaq istəməzdim. Krepp tərpənmədən düz qarşısına baxır. Babin səssizcə fırlanır.”

Əli müəllim! Val çox cızılıb. Artıq səslər bir-birinə qarışır.

Antisfenin məşhur bir aforizmi yadıma düşdü: “Qocanın nöqsanını demək faydasızdır. Qoca ağacı çıxarıb başqa yerdə əkmək olmaz.”

Qoca ağacın birini çıxarıb başqa yerdə əkmişik. Ancaq nə kölgə verir, nə də ki, bar!

Alahdan hər iki qocaya uzun ömür, can sağlığı arzulayıram.

635x100

Şərhlər

Vətəndaş 2020-06-18 09:42:19

Millətin vəkilləri qanunların qəbul olunması ilə məşğul olmalıdır!

nihad 2020-06-15 11:44:33

ölkəni korrusiya bataqlıgında batıran Pamiz Mehdiyev həbs edilsin,o biri biznesləri elinde

Ənvər 2020-06-15 11:04:47

Heyf sizdən azpolitika

Seyid Ənhu 2020-06-14 23:05:12

Hörmətli Azpolitika.... Belə getsə bu Azpolitikanı Az.tv-yə çevirəcək.

nihad 2020-06-14 17:05:22

tələbə dostum,oturdugun budagı kəsmə...dahilərə daş atamayın...

kim kimdir 2020-06-14 17:04:03

Əli İnsanov məmurların içində ən qəddarlarından birincisi idi. Ançaq onun kişi kimi türmə həyatı mərdlik sınmazlığı onun kimliyini böyük bir şəxsiyyət olduğunu sübur etdi. ……

elxan 2020-06-14 16:45:15

Belə məsəl var ay Söyüdün aşması fəlakət deyil Palıd yıxılanda yerə zərbədir... qocalara dəyməyin, onlar qocalmayıb onlar palid kimi bərkiyiblər istər həyatda istərsə də siyasətdə.

Аднагулуу 2020-06-14 16:02:30

Ели Инсанова гетиййен симпаттям йохдур,,

Son yazılar